Həkim-oftalmoloq: Gözdaxili təzyiqin yüksəlməsi qlaukomaya aparıb çıxaran başlıca səbəbdir

Həkim-oftalmoloq: Gözdaxili təzyiqin yüksəlməsi qlaukomaya aparıb çıxaran başlıca səbəbdirHazırda dünyada qlaukoma ilə üzləşən 107 milyondan artıq xəstədən təxminən 10 faizi görmə qabiliyyətini itirib. Xəstəliyin geniş yayılması, ağır kliniki gedişatı, davametmə müddəti, müalicəyə sərf olunan xərclər qlaukomayla mübarizənin sosial vacibliyini müəyyən edir.
Milli.Az bildirir ki, həkim-oftalmoloq Aynurə Əliyeva AZƏRTAC-ın müxbirinə bu barədə məlumat verərək deyib: "Qlaukoma korluğun başlıca səbəblərindən biridir, ona istənilən yaşda rast gəlinir, lakin yaş artdıqca rastgəlmə tezliyi də artır. Yaşlılarda və qocalarda daha çox aşkarlanır. El arasında "qara su" kimi tanınan qlaukoma xəstəliyi daimi və ya periodik olaraq gözdaxili təzyiqin yüksəlməsi ilə, görmə sinirinin müxtəlif dərəcədə zədələnməsilə, görmədə xarakterik dəyişikliklərlə müşahidə olunur. Xəstəliyin mərhələsindən asılı olaraq görmənin zəifləməsi, görmə sahəsində çatışmazlıqlar xəstələri oftalmoloqa müraciət etməyə vadar edir, təəssüf ki, çox vaxt həmin geridönməz dəyişikliklər artıq xəstəliyin inkişaf etmiş mərhələsində aşkarlanır. Xroniki davam edən qlaukoma görmədəki dəyişiklikləri hiss olunmadan və ləng proqressivləşmə ilə keçdiyinə görə bəzən təsadüfi müayinə zamanı üzə çıxır".
Həkim-oftalmoloqun dediyinə görə, gözdaxili maye istehsalı və göz daxili mayenin dövranının pozulması nəticəsində yüksələn gözdaxili təzyiq görmə siniri hüceyrələrində geridönməz dəyişikliklər nəticəsində görmə zəifliyi və korluğa aparıb çıxarır: "Bütün bunları nəzərə alaraq 40 yaşından yuxarı hər kəs, xüsusilə irsi risk qrupunda olanlar, ailə üzvlərində qlaukoma diaqnozu qoyulanlar, bəzi göz və ümumi yanaşı xəstəlikləri, o cümlədən yüksək dərəcəli hipermetropiya, miopiya, şəkərli diabet xəstəliyi, steroid preparatlar istifadə edənlər, bir çox sindromları olanlar mütəmadi müayinədən keçməlidirlər".
"Anadangəlmə, birincili, ikincili, açıq bucaqlı, qapalı bucaqlı, normatenziv qlaukoma növlərindən istəniləni hər iki cinsdə rast gəlinməsi mümkündür, əvvəl bir gözdə daha sonra digərində, yaxud hər iki gözdə eyni vaxtda müşahidə edilə bilər. Gözdaxili təzyiqin şərti 21 mm civə sütunundan yüksək olması (tətbiq olunan tonometriya növündən, gözün anatomik quruluşundan asılı olaraq), görmə sinirində OCT (optik konqerent tomoqrafiya) müayinəsində izlənən dəyişikliklər və görmə sahəsindəki spesifik çatışmazlıqlar qlaukoma diaqnozunu təsdiqləyir. Qlaukomanın müalicəsi medikamentoz, lazer müdaxiləsi və cərrahi yolla aparılır.
Başlanğıc mərhələdə və vaxtında aşkarlanıb düzgün müalicəsi aparılan qlaukoma qorxulu deyil. Üç aydan bir müayinə olunmaqla və təyin olunmuş göz damlalarını düzgün, səbirlə hər gün vaxtında istifadə etməklə qlaukomalı xəstələr görmə qabiliyyətlərini qoruya bilərlər", - deyə həkim-oftalmoloq bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1504   Tarix: 08 mart 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar həkim məsləhəti geyim dəbləri sarimsaqla qurdun mualicesi hamiləlik dövrü kesmikli blincik gavalının faydaları kosmetika novruz bayramı qız bürcü rus dili fitat novruza aid hakisda