Həkimdən SOS: Peyvəndləmədən imtina etsək, ən azı 3 il...

Həkimdən SOS: Peyvəndləmədən imtina etsək, ən azı 3 il...Pediatr Elşən Tağıyevin sözlərinə görə, peyvəndləmədən kütləvi şəkildə imtina etsək, pandemiya ölkəmizdə ən azı 3 il ərzində davam edəcək. Hindistan ştammının uşaqlara təsirindən söz açan həkim bildirib ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatı hələ açıqlanmayıb.
Publika.az pediatrla müsahibəni təqdim edir.
- Hindistan ştammının daha ağır nəticələrə səbəb olması barədə məlumatlar yayılır. Doktor, bu deyilənlər nə dərəcədə doğrudur və uşaqları hansı təhlükə gözləyir?
- Zaman keçdikdcə bütün viruslar mutasiyaya uğrayır. Koronavirusun tək Hindistan deyil, Brazilya, Britaniya, Cənubi Afrika variantları da mövcuddur. Hindistan mutasiyasının daha təhlükəli olması və yaxud daha sürətlə yayılması haqqında nə rəsmi tədqiqatlar aparılıb, nə də ÜST-ün bu barədə bir açıqlaması var. Mətbuatda yayılan məlumatların arxasında heç bir ciddi elmi araşdırmalar dayanmayıb.
Hindistanda 3-cü dalğanın daha təhlükəli olduğu, virusun daha sürətlə yayıldığı və ölüm saylarının artdığı doğrudur. Lakin bu, Hindistanda əhali sayının çox olması səbəbindən səhiyyə sisteminin həddən artıq yüklənməsi ilə əlaqələndirilir. Əslində tibbi təchizatının zəif olduğu, əhalinin çox sıx yaşadığı, sanitar şərtlərin ağır olduğu Hindistan kimi bir ölkədə koronavirusun 1-ci və 2-ci dalğalarının yüngül keçməsi və ölüm hallarının az olması biz təəccüblənirirdi. Üçüncü dalğa infeksiya və ölüm hallarının yüksək olması ilə müşahidə olundu ki, bu da Hindistan üçün təbiidir. Hindistan ştammının daha öldürücü olması, daha sürətlə yayılması haqqında araşdırmalar aparılmayıb.
Uşaqlar bütün hallarda infeksiyanı demək olar ki, yüngül keçirir. Postinfeksion sindrom isə öz aktuallığını saxlayır. İnfeksiyadan sonra üzə çıxan Mis C sindromu uşaqların üçün daha təhlükəlidir.
- Avropa Birliyi BioNTech-Pfizer peyvəndinin uşaqlarda istifadəyə başlaması üçün Avropa Dərman Algentliyinin elmi qiymətləndirməsini və tədqiqatların nəticələrini gözlədiyini açıqlayıb. Əgər təsdiq olunarsa, 27 Avropa ölkəsində yay aylarından 12-15 yaş qrupunun peyvəndlənməsinə başlanacağı gözlənilir. Bu barədə siz hansı fikirdəsiniz?
- Uşaqların peyvəndlənməsi haqqında yekun bir qərar yoxdur. Nə Ümumdünya Səhiyyə Təşkilatının, nə də ayrı-ayrı dövlətlərin bu barədə göstərişləri elan olunmayıb, o cümlədən bizim ölkəmizdə. Bildiyim qədərilə Operativ Qərargahda uşaqların peyvəndlənməsi barədə müzakirələr hələ aparılmır. Ola bilər ki, qarşıdakı aylar ərzində bütün yaş qruplarında olan insanlar peyvəndləndikdən sonra uşaqların da peyvəndlənməsi gündəmə gəlsin. Amma hazırda uşaqların koronavirusa qarşı peyvənd olunması mövzusu aktual deyil. Çünki uşaqlar infeksiyanı əsasən yüngül keçirirlər. Uşaqlarda ağır gedişə malik infeksiya halları az müşahidə olunur.
- Yeni mutasiyaların yaranmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
- Əldə olunan peyvəndlərin Hindistan ştammına qarşı nə qədər effektiv olduğu hələlik bilinmir. Bu suala cavab vermək üçün müəyyən zaman keçməlidir ki, o müddətdə aparılan kliniki araşdırmaların nəticələrinə istinad edək. İstənilən halda bu gün infeksiyasının qarşısının alınmasında ən optimal yol peyvəndləmədən keçir. Əgər insanlar kütləvi şəkildə peyvəndlənmədən imtina etsələr, yaxın 3 il ərzində koronavirus infeksiyasından qurtulmaq mükün olmayacaq.
Azərbaycandakı müşahidələr də göstərir ki, risk qrupları vaksinasiya olunduqdan sonra yaşlı insanlar arasında ölüm halları azaldı. Bu da birbaşa peyvəndin nəticəsidir. Üçüncü dalğada orta yaşlı insanlar arasında ölüm halları artmağa başladı. Çünki o qrup insanlar peyvəndlənməmişdi və yaxud da çox az sayda insan peyvəndlənmişdi. Odur ki, bu infeksiyadan qurtulmağın bir yolu var, o da peyvəndləmədir.
- Gələn həftə bayramlarla əlaqədar tətil günləri başlayır. Tətil günlərində uşaqların virusa yoluxmasının qarşısını almaq məqsədilə valideynlərə hansı tövsiyələri verərdiniz?
- İnfeksiyadan qorunmaq üçün əsas qaydalara əməl etmək vacibdi: sosial məsafəni gözləmək, maska taxmaq, şəxsi gigiyena qaydalarına əməl etmək və peyvənddən imtina etməmək. İnfeksiya yoluxmuş insanlarla kontaktdan çəkinin. Bayram ərəfəsində yəqin ki, qohumlara ziyarət nəzərdə tutulur. Amma insanlarımız anlamalıdır ki, pandemiya zəifləməyənə qədər rutin vərdişlərimizdən, adət-ənənələrə çevrilən ziyarətlərdən imtina etmək lazımdır. Bu, hamımız üçün ağır olsa da, reallıqla barışmaq lazımdır. Özümüzü və yaxınlarımızı xəstəlikdən sorumaq üçün mütləq bu şərtlərə əməl etməliyik.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1855   Tarix: 03 may 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

gelinlikler hamilelikde qidalanma aksessuarlar vetene aid bayatılar doğumu necə keçirtdim aysel əlizadənin toyu statuslar kosmetika bayatılar cinsi əlaqə qurd xəstəliklərinə qarşı mualicə seksual paxlava