"Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir"-AÇIQLAMA

"Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir"-AÇIQLAMABu xəstəlikdə ən birincisi panikaya düşmək lazım deyil. İkincisi, virusa yoluxan şəxslər sahə həkimləri ilə əlaqə saxlamalıdılar. Əlaqə saxladıqdan sonra həkimlə məsləhət almadan bu xəstəliyə başqa heç bir müdaxilə olunmamalıdır. Vitaminlərin verilməsinin məqsədi də yalnız immuniteti gücləndirməkdir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin (SN) İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə bildirib.
Evdə müalicə alan koronaviruslu xəstələrə dərmanların verilməsinin dayandırılması, yalnız şəhid ailələrinə bu dərmanların verilməsi barədə səslənən fikirlər münasibət bildirən şöbə müdiri deyib ki, nazirliyin qərarına əsasən, evdə müalicə olunan xəstələrə yalnız vitaminlər verilir: "Əhali yanlış olaraq düşünür ki, biz koronavirusun müalicəsi üçün lazım olan və olmayan bütün dərmanları veririk. Halbuki nazirlik tərəfindən verilən dərmanlar yalnız Vitamin C, Vitamin D, maqnezium, selen, sink və hərarət salmaq üçün parasetamol dərmanlarıdır".
Onun sözlərinə görə, kompleks vitaminlər ona görə verilir ki, insanlar az simptomlu, yüngül gedişatlı xəstəlik zamanı yalnız vitamin kompleksi və hərarəti salmaqla fəsad olmadan yaxşı nəticə əldə etsin: "Amma bizdə bəzi adamlar özlərinə antibiotiklər, dərmanlar təyin edirlər və tələb edirlər ki, bu dərmanlar verilsin. Bu, çox yanlış fikirdir, düzgün deyil. Həkimlə məsləhət etmədən heç bir dərman qəbul edilməməlidir, xəstə həkimin nəzarətində olmalıdır ki, müalicə necə aparılsın, nələr edilsin və s".
S. Babazadə qeyd edib ki, poliklinikalar tərəfindən yalnız ilkin mərhələdə az simptomlu insanların hamısına həmin dərman kompleksi verilir: "Dərmanların yalnız şəhid ailələri, imtiyazlı ailələrə verilməsi ilə bağlı qərarlar yoxdur. Evdə müalicə olunma ilə bağlı əvvəlki qərar davam edir. Əgər bir xəstədə ağırlaşma olubsa, ona hansısa daha ağır müalicə lazımdırsa, bu, o deməkdir ki, həmin xəstə stasionara getməlidir. Bir ailənin bir neçə üzvü virusa yoluxubsa və xəstəliyi yüngül simptomlarla keçirirsə, hər birinə evdə müalicə üçün lazım olan dərmanlar verilir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1415   Tarix: 27 dekabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yay kolleksiyasi sade makiyaj sekilleri gelinlikler yuxu yozmalar həyat tərzi yaz salatlari paltar modelleri kosmetika qoğalın nağlı masturbasiya nedir lakonizm qiz evi ucun pehriz