Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdır

Hər bir xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə olunmalıdırBəzi kritik vəziyyətlərdə ən vacib dərmanların əl atında olması lazımdır. Təəssüf ki, bəzən lazım gəlmədiyi hallarda da müxtəlif dərmanları yığıb saxlayanlar və lazım gələndə onları tapmaqda çətinliklə üzləşənlər olur. Hazırkı pandemiya dövründə tez-tez apteklərdən hər zaman əlçatan olan dərmanların yoxa çıxması ilə üzləşirik. Bu, ilk növbədə, həkim təyinatı ilə müntəzəm olaraq dərmanlar qəbul edənlərə mənfi təsir göstərir və həmin dərmanların birdən-birə apteklərdən yoxa çıxması onların narahatlığına səbəb olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri həkim-terapevt Nərgiz Kərimova deyib.
O, daha sonra bildirib: "Yadda saxlamaq lazımdır ki, hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır. Həkim dərman təyin edərkən, xəstənin anamnezinin bır sıra incəliklərini, dərmanların bir-biri ilə uyğunluq və ziddiyyətlərini, qarşılıqlı təsirinin xüsusiyyətlərini nəzərə alır. Həmin dərmanları özbaşına qəbul etmək mənfi nəticələrə, hətta ağırlaşmalara səbəb ola bilər. Hazırda elə xəstələr var ki, başqasına yazılmış reseptdən istifadə edir, bu, xəstəliyinin ağırlaşmasına səbəb olduqda isə deyir ki, qohum da bu dərmanları qəbul edib və sağalıb. Əslində o, bununla çox zərərli və yanlış üsulla öz xəstəliyini daha da şiddətləndirdiyinin fərqində olmur.
Lakin hər orqanizm eyni deyil və birinə yaxşı təsir edən hər hansı dərman başqa birisinə əks təsir göstərə bilər. Hormonal preparatların və antibiotiklərin qəbuluna da maksimum dərəcədə ehtiyatla yanaşmaq lazımdır. Çox təəssüflər olsun ki, hazırda COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq, xəstələr özbaşına olaraq belə dərmanları külli miqdarda qəbul etməklə, profilaktika məqsədilə bu cür səhvlərə yol verirlər. Özünümüalicə faydadan çox ziyan gətirə bilər".
"Əl altında saxlanılan dərmanlara və ləvazimatlara sarğı materialları, yara, yanıq və qanaxmanın qarşısını almaq üçün istifadə olunan materiallar, ağrıkəsicilər, antihistamin preparatları və xəstənin mütəmadi olaraq qəbul etdiyi dərmanlar aiddir. Hər hansı xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə olunmalıdır, əks halda ciddi sağlamlıq problemləri yarana bilər", - deyə həkim-terapevt əlavə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1658   Tarix: 14 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yay kolleksiyasi kosmetoloq reseptler ədəbiyyat testləri parket döşəmələr 2026 cu ilin modasi əllərin tərləməsi kosmetika novruz bayramina aid yemekler faydalı bilgilər xanim.az pehriz