Hər birimizə gərək: beyini necə gücləndirək, inkişaf etdirək? - həkim yazır

Hər birimizə gərək: beyini necə gücləndirək, inkişaf etdirək? - həkim yazırNeyroplastiklik, beynin plastikliyi olaraq da bilinir, beynin təcrübə nəticəsində dəyişmək və uyğunlaşmaq qabiliyyətini ifadə edən bir termindir.
Plastiklik asanlıqla dəyişən, təsirlənən, idarə olunan beyin elastikliyi deməkdir.  Neyro isə beynin əsasını təşkil edən sinir hüceyrələri anlaşılır. Beləliklə, neyroplastiklik sinir hüceyrələrinin dəyişməsi və ya uyğunlaşmasıdır.
Ümumiyyətlə beynimiz təxminən 100 milyard neyrondan ibarətdir. Əvvəllər yeni neyronların yaranmasının doğumdan qısa müddət sonra dayandığına inanırdılar. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, beynin yolları yenidən təşkil etmək, yeni əlaqələr yaratmaq  və bəzi hallarda hətta yeni neyronlar yaratmaq qabiliyyətinə malikdir.
Neyroplastikliyin iki əsas növü var:
Funksional plastiklik: Beynin funksiyaları zədələnmiş yerindən zədələnməmiş digər nahiyələrə daşımaq qabiliyyəti
Struktur plastikliyi: öyrənmə nəticəsində beynin strukturunun dəyişmək qabiliyyəti
Neyroplastiklik necə işləyir: Uşağın həyatının ilk bir neçə ili beynin sürətli inkişaf dövrüdür. Doğuş zamanı beynin qabığındakı hər bir neyronda təxminən 2500 sinaps-sinir impulslarının ötürüldüyü neyronlar arasındakı kiçik boşluqlar var. Üç yaşına qədər bu rəqəm 15 000 sinapsa qədər artmışlar.
Orta hesabla yetkin insanda sinapsların yalnız yarısı var. Niyə? Çünki biz yeni təcrübələr qazandıqca bəzi əlaqələr güclənir, bəziləri isə aradan çıxır. Tez-tez istifadə olunan neyronlar daha güclü əlaqələr yaradır və nadir hallarda və ya heç istifadə olunmayanlar sonda məhv olurlar. Yeni əlaqələr inkişaf etdirilərək və zəif olanlar aradan çıxaraq, beyin dəyişən mühitə uyğunlaşa bilir.
Hər birimizə gərək: beyini necə gücləndirək, inkişaf etdirək? - həkim yazırNeyroplastikliyin faydaları
Beynin neyroplastikliyinin bir çox faydaları var. Beynimizin uyğunlaşmasına və dəyişməklə bu aşağıdakılara kömək edir:
Yeni şeylər öyrənmək bacarığı
Mövcud koqnitiv qabiliyyətlərinizi artırmaq bacarığı
İnsult və travmatik beyin zədələnmələrindən sağalma
Bəzi funksiyalar itirildikdə və ya azaldıqda sahələrin gücləndirilməsi
Beyin fitnesini artıra biləcək təkminləşdirmələr
Neyroplastikliyin xüsusiyyətləri
Neyroplastikliyin bir neçə müəyyənedici xüsusiyyətləri var.
Yaş və ərtaf mühit rol oynayır
Plastiklik bütün həyat boyu davam etsə də, müəyyən yaşlarda müəyyən növ dəyişikliklər daha çox üstünlük təşkil edir. Beyin həyatın ilk günlərində dəyişməyə çox meyllidir. Məsələn, yetişməmiş beyin böyüyüb tam formalaşmış vəziyyətə çatır.
Ümumiyyətlə gənc beyinlər yaşlı beyinlərə nisbətən təcrübələrə daha həssas olurlar. Amma bu o demək deyil ki, yaşlı beyinlər uyğunlaşma qabiliyyətinə malik deyillər.
Genetikanın da təsiri ola bilər. Beynin plastikliyinin formalaşmasında ətraf mühitlə genetika arasındakı qarşılıqlı əlaqə də rol oynayır.
Hər birimizə gərək: beyini necə gücləndirək, inkişaf etdirək? - həkim yazırNeyroplastiklik davam edən prosesdir
Plastiklik ömür boyu davam edir və neyronlarda başqa beyin hüceyrələrini, o cümlədən qlial və damar hüceyrələrini əhatə edir. Bu, öyrənmə, təcrübə və yaddaşın formalaşması nəticəsində baş verə bilər.
İnsanlar beynin müəyyən bir yaşdan sonra sabitləşdiyinə inanırdılarsa, yeni araşdırmalar beynin öyrənmə nəticəsində dəyişməyi heç vaxt dayanmır.
Beyin zədələnməsi hallarında, məsələn, insultlarda beynin müəyyən funksiyalarla əlaqəli sahələri zədələnə bilər. Lakin beynin sağlam hissələri bu funksiyaları öz üzərinə götürür və funksiyalar bərpa edilə bilir.
Beyin plastikliyi sonsuz deyil
Qeyd etmək lazımdır ki, beyin elastikliyi məhdud deyil. Beynin müəyyən sahələri müəyyən funksiyalara görə məsuliyyət daşıyır. Məsələn, beynin hərəkət, dil, nitq, idraka bağlı olan sahələri var.
Beynin əsas sahələrinin zədələnməsi həmin sahənin funksiyasını itməsi ilə nəticələnir,  çünki bərpa mümkün olsa da, digər sahələr həmin itirilmiş funksiyanı sadəcə olaraq tam şəkildə öhdəsinə götürə bilmir.
Neyroplastikliyi necə yaxşılaşdırmaq olar?
Müəyyən vasitələrlə beynimizi uyğunlaşmağa və dəyişməyə təşviq edə bilərik. Neyroplastiklikdən faydalı şəkildə istifadə edə biləcəyimiz bəzi yollara aşağıdakılar aiddir:
Hər birimizə gərək: beyini necə gücləndirək, inkişaf etdirək? - həkim yazırƏtraf mühitimizi zənginləşdirmək: Diqqətin cəmlənməsi, yenilik və problem həll etmək üçün çoxlu imkanlar təqdim edən öyrənmə mühitlərinin beyində müsbət dəyişiklikləri stimullaşdırdığı göstərilmişdir. Bu, uşaqlıq və yeniyetməlik dövründə xüsusi ilə vacibdir, lakin ətraf mühitimizi zənginləşdirmək yetkinlik dövründə də beynin inkişafına kömək edir. Sınaya biləcəyimiz şeylərə aşağıdakılar daxildir:
Yeni dil öyrənmək
Musiqi alətində fa etməyi öyrənmək
Səyahət etmək və yeni yerləri kəşf etmək
İncəsənət və digər yardıcılıq axtarışları
Oxumaq
Bol istirahət edin: Araştırmalar göstərib ki, yuxu beyində dentritlərin   böyüməsində mühüm rol oynayır. Dentritlər bir  neyrondan digərinə məlumatı ötürməyə kömək edən neyron çıxıntılarıdır. Bu əlaqələri gücləndirməklə beynin plastiklik qabiliyyətini artıra bilərik.
Yuxunun həm fiziki, həm ruhi sağlamlığımıza  əhəmiyyətli təsirləri olduğu sübut edilmişdir. Bəzi tədqiqatçılar bunun qismən genetika, qismən də beyindəki boz maddənin tərkibi ilə bağlı olduğunu irəli sürürlər. Yaxşı yuxu gigiyenası tətbiq etməklə yuxunuzu yaxşılaşdıra bilərsiz. Bura yuxu rejimi və yuxuya kömək edən mühitin yaradılması daxildir.
Daimi məşq etmək: Daimi fiziki fəaliyyətin beyniumizə bir sıra faydaları var. Bəzi tədqiqatlar göstərir ki, məşqlər hipokampusda, yaddaşda və digər funksiyalarda  iştirak edən beynin bu hissəsində , neyron itkisinin qarşısını almağa kömək edə bilər. Digər tədqiqatlar göstərir ki, məşq eyni bölgədə yeni neyronların formalaşmasında rol oynayır. Son tədqiqatlarda isə aşkar edilmişdir ki, fiziki məşq beynin  bazal qanqliyalar adlanan hissəsinə təsiri ilə beyin plastikasını artırır. Həftədə ən azı 150 dəqiqə orta intensivli kardio məşqləri(gəzinti, rəqs, üzgüçülük və velosiped sürmə) və minimum iki gün güc məşqləri (ağırlıq qaldırma və ya bədən çəkisi məşqləri) etmək tövsiyyə olunur.
Hər birimizə gərək: beyini necə gücləndirək, inkişaf etdirək? - həkim yazırBeyin plastikliyi ilə bağlı problemlər
Beyin dəyişiklikləri adətən  inkişaf kimi qəbul edilir, lakin bu həmişə belə deyil. Bəzi hallarda beynin quruluşu və funksiyasına mənfi təsir gösrərilə və dəyişdirilə bilər. Məsələn, beynin plastikliyi maddə istifadəsi, xəstəlik və ya travma (o cümlədən insult və ya travma  sonrası stress pozulmaları) nəticəsində yarana zərərli dəyişikliklərlə nəticələndikdə problemli ola bilər.Hətta qurğuşun zəhərlənməsi beyin plastikasına mənfi təsir göstərə bilər.
Beynin plastikliyini məhdudlaşdıran və ya maneyə törədən xəstəliklərə epilepsiyanı,serebral iflici, vərəm sklerozunu və Frajile X sindromu kimi uşaq nevroloji xəstəliklərini də misal göstərmək olar.
Müasir tədqiqatlar göstərdi ki, beyin yeni təcrübələrə uyğunlaşmaq, yeni məlumatlar öyrənmək və yeni  xatirələr yaratmaq üçün yeni sinir yolları yaratmağa  və mövcud olanları dəyişdirməyə davam edir.
Beyin həyatımız boyu dəyişmək üçün heyrətamiz bir qabiliyyətə malikdir, bizə yeni şeylər öyrənməyə  və ya beyin zədələnməsindən sonra sağalmağa imkan verir. Bununla belə beynin uyğunlaşa biləcəyi ilə bağlı məhdudiyyərlər də var.
Daimi öz üzərimizdə çalışmaq, yuxu rejiminə əməl etmək və müntəzəm məşq beyin plastikliyini yaxşılaşdırmağa kömək edə bilər.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 17 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

qadin sayti geyim şəkilləri yay geyimləri 2026 pehriz dəri və saç mantılar hakışta xınayaxdı sözləri kosmetika uzeyir rus dilini öyrənək toy gecesı usaq seirleri hekaye janri