Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydaları

Hər gün 1 qaşıq darçınlı bal yeməyin faydalarıHələ Qədim Misirdə darçın öz müalicəvi əhəmiyyətinə görə məşhur idi. Müxtəlif xəstəliklərin müalicəsində müsbət təsir göstərən darçın insan sağlamlığı üçün çox xeyirli ədviyyatdır.
Publika.az hər gün 1 qaşıq gün darçınlı bal yeməyin faydaları ilə tanış edir.
Orqanizmə belə faydalı təbii məhsulların gündəlik qəbulu necə təsir göstərir?
Balla darçın qarışığı hələ qədim dövlərdən Çin təbabətində geniş istifadə edilirdi. Bu iki təbii element sağlamlıq üçün həmişə çox faydalı hesab olunub.
Bal arıların gərgin işininin nəticəsi olan, özündə çoxlu vitamin ehtiva edən əsl təbii antibiotikdir. Darçın isə qədim Misirdə faydalı xassələrinə görə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirdi. Beləliklə də darçın yeməklərə xüsusi dad verən, mətbəximizin ayrılmaz hissəsinə çevrilib.
Darçın antioksidantlarla zəngindir, immun sistemini stimullaşdırır, bağırsaqları dezinfeksiya edir, həzmi yaxşılaşdırır, soyuqdəymə və ishal qarşı əla vasitədir. Lakin həddən darçın istifadəsi qaraciyər və böyrək üçün zəhərli ola bilər, həmçinin bəzi dərmanlarla birlikdə istifadə etmək olmaz. Həkimlər gün ərzində maksimum 3 qram darçın qəbul etməyi tövsiyə edir.
Hər səhər darçınla qarışdırılmış bal yemək ürək sağlamlığına çox yaxşı təsir göstərir. Bu qarışıq xolesterin səviyyəsini aşağı salmağa qadirdir, həmçinin təkrar infarkt riskini azaldır. Ürəyi normallaşdırır, arteriya və venaları gücləndirir, bununla da ürək-damar xəstəliklərinin riskini azaldır.
Artrit xəstəliyinin müalicəsinə kömək edir.
Bir fincan isti suya 2 xörək qaşığı bal və yarım xörək qaşığı toz darçın əlavə edin. Səhər tezdən acqarına və axşam yatmazdan əvvəl için. Kopenhagen universitetinin alimləri xroniki artritdən əziyyət çəkən 200 könüllünün iştirakı ilə aparılan tədqiqatda müəyyən edib ki, bu içkinin qəbul olunması nəticəsində 75 xəstə artıq bir həftədən sonra ağrıların azalması hiss etməyə başlayıb. Bir aydan sonra bütün xəstələr problemsiz gəzə bilib.
Böyrək və sidik kisəsi infeksiyalara qarşı mübarizə aparmağa kömək edir.
Bir stəkan isti suya bir xörək qaşığı bal və bir çay qaşığı toz darçın əlavə edib qarışdırın. Suyu gündə iki dəfə, səhər acqarına və yeməkdən sonra için. Bu qarışığın güclü antibakterial təsiri var, bal isə qısa vaxt ərzində bakteriyaları öldürür.
İmmun sistemini möhkəmləndirir.
Həmin qarışıqdan mütəmadi olar isifadə ağ qan hüceyrələri möhkəmləndirir, ürək sağlamlığını yaxşılaşdırır, orqanizmi bakteriya və viruslardan qoruyur, beləliklə də xəstəliklərin qarşısını alır.
Arıqlamağa kömək edir.
Səhər yeməyindən yarım saat əvvəl və yatmazdan yarım saat əvvəl ballı, darçınlı su için. Darçın toxluq hissi verdiyi üçün yemək istəyinin qarşısını alır və beləliklə arıqlamağa təminat verir.
Xolesterinin səviyyəsini aşağı salır.
Qısa müddət ərzində xolesterinin səviyyəsi 10% -ə qədər azalır, bununla da ürək-damar xəstəliklərinin riskini azaldır.

Sağlamlıq     Baxılıb: 2706   Tarix: 27 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

yemek reseptleri geyim necə seçməli maskalar hamiləlik dövrü seks haqqinda cinsi zəiflik biliye aid atalar sozleri kosmetika sağlıq bürclər sac modelleri yuxuda qara ilan gormek novruz bayrami