Hər gün bir stəkan səməni suyu içsəniz... - VİDEO

Hər gün bir stəkan səməni suyu içsəniz... - VİDEOTərkibində 100-dən artıq vitaminlər olan xüsusi yerlərdə yetişdirilmiş buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və imminiteti gücləndirir, ürək xəsətliklərinin müalicəsində istifadə edilir.
Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, xarici ölkələrdə daha çox gənclik iksiri kimi tanınan buğda və ya səməni suyu xərçəngi belə sağaltmağa qadirdir.
Təbii enerji verir

Buğda cücərtisinin suyu tərkibindəki zəngin qidalandırıcı maddələr sayəsində bədəni təbii enerji ilə təmin edir. Eyni zamanda zülalları əmələ gətirən amin turşuları üçün yaxşı mənbədir. Yumurta və ət kimi qidaları yeyərkən orqanizminiz onları zülala çevirməzdən əvvəl turşulara parçalamaq üçün enerji sərf edir. Buğda suyu isə amin turşuları baxımından zəngin olduğu üçün əlavə enerji sərf etməyə ehtiyac qalmır.
2-4 xörək qaşığı buğda suyu ilə sevdiyiniz təzə meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha fəal olmaq üçün hər gün için.
İmmuniteti gücləndirir.

İmmun sistemi bədəni bir çox mikrob və infeksiyalardan qoruyur. Buğda suyu immuniteti təbii yolla gücləndirən əla vasitədir. Buğda suyu bədəni zərərli mikrob, kimyəvi və kanserogen maddələrdən qoruyan bir çox maddələrlə zəngindir. Eyni zamanda buğda cücərtisinin suyu orqanizmin hüceyrələrini yeniləyir, qara ciyəri toksinlərdən təmizləyir və zərərli olan hər şeyi zərərsizləşdirir. Beləliklə, immuniteti gücləndirəcək və xəstliklərin qarşısını alacaq. Digər tərəfdən, bədəndəki qırmızı qan hüceyrələrini artırır.
Tərkibindəki A və C vitamini sayəsində qrip və soyuqdəymədən qoruyur, ciddi xəstəliklərə qarşı mübarizə aparır.
Toksinlərdən təmizləyir

Buğda suyu qələvi və qidalandırıcı maddə baxımdan da zəngindir. Pəhriz saxlayan insanlar üçün xüsusu ilə faydalıdır. Toksinləri təmizləyən buğda suyu qanda qələviləri artırır, eyni zamanda qara ciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlər toksinləri zərərsizləşdirir.
Piylənməni müalicə edir

Köklük şəkər və ürək xəstəliklərinə səbəb olan ciddi xəstəlikdir. Artıq çəkidən yaxa qurtarıb ideal çəkiyə qovuşmaq istəyirsinzə, mütləq buğda suyu istifadə edin.
Qalxanabənzər vəzilərinin də fəaliyyəti sağlamlıq üçün çox əhəmiyyətlidir. Buğda da olan selen qalxanabənzər vəzilərinin işini qaydaya salır. Qeyri-sağlam qalxanabənzər vəzi bədəndəki hormonal tarazlığı poza və köklüyə səbəb ola bilər.
Kaliumla zəngin olan buğda suyu iştahanı və yemək istəyini azaldır. Eyni zamanda metabolizmini sürətləndirir. Səhərlər ac qarnına buğda suyu içsəniz, gün ərzində həddən artıq yemək istəyinin qarşısını ala bilərsiniz.
Ürək sağlamlığını qoruyur

Buğda suyu ürək üçün də olduqca faydalıdır. Tərkibindəki xlorofil sayəsində damar sərtliyi və yüksək qan təzyiqinin müalicəsində mühüm rol oynayır. Qan damarlarının divarlarını təmizləyir. Qan yollarını genişləndirir və təmizləyir, bu da qan təzyiqinin azalması ilə nəticələnir.
Xərçəngin qarşısını alır

Buğda suyu bir çox fərqli xərçəng növləri ilə mübarizə aparır. Buğda cücərtisinin suyu xəstəliyin həm müalicə prosesində, həm də qarşısını almaq məqsədi ilə istifadə edilir. Buğda cücərtisinin suyu qanda qələvilərin sayını artırır, bu da o deməkdir ki, qələvilər olduğu yerdə xərçəng hüceyrələrinin yaranması ehtimalından söhbət gedə bilməz.
Buğda cücərtisinin suyu xərçəng hüceyrələrinin inkişafını məhdudlaşdırır. Eyni zamanda, xərçəng xəstələrini kimyəviterapiyanın mənfi təsirlərindən qoruyur.
Qan dövranını tənzimləyir

Buğda suyu qanda oksigenin miqdarını artırır, bu da qan dövranının fəaliyyətini yaxşılaşdırır.
Dəmir baxımından zəngin olan buğda suyu daha çox qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Daha çox qan hüceyrəsi isə daha çox oksigen və qidalandırıcı maddə deməkdir.
Ağız və diş xəstəliklərini müalicə edir

Dəmir, kalsium, maqnezium, A və E vitamininə malik olan buğda suyu dişləri də möhkəmləndirir. Buğda suyu ilə adi suyu qarışdırıb ağızda 1 dəqiqə qarqara edib sonra tüpürün. Bu, ağız qoxusunun yaranmasının qarşısını alacaq. Ağızda bir qədər buğda otu çeynəmək isə dişinizi möhkəm olması baxımdan faydalıdır.
Pis bədən qoxusunun qarşısını alır

Buğda suyu pis nəfəs, tər və ya ayaq qoxusunun qarşısını almağa qadirdir. Buğda suyu qandakı turşu və toksinləri tarazlaşdıraraq bədəni həddindən artıq tərləməyə qoymur. Acqarına bir stəkan içib pis qoxulara əlvida deyə bilərsiniz.
QEYD: Dadı çox da xoş olmadığı üçün bir qurtum içdikdən sonra və ağız dadını düzəltmək üçün arxasınca bir dilim portağal yemək yaxşı olardı.
Buğda suyu necə hazırlanır?

Sağlamlıq     Baxılıb: 2095   Tarix: 14 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

toy gecesi qadin dunyasi kosmetika mehsullari həzm orqanları imtahan həyəcanı abdulla saiq usaq serleri vaginal təmizlik kosmetika kahfe kali novruz bayramina aid hakistalar burclerin uygunlugu maskalar birlik