Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... - ŞOK ARAŞDIRMA

Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... - ŞOK ARAŞDIRMAAlmacıq sümüyünün üstündə yerləşən gicgahlarda yaranan ağrının bir çox səbəbi ola bilər. Ağrının başlıca səbəbləri arasında yuxusuzluq, balanssız qidalanma, stress, narahatlıq, yüksək təzyiq və həddən artıq üzüntü yer alır. Ümumiyyətlə də gicgah ağrıyanda ilk növbədə ağla miqren xəstəliyi gəlir. Tək tərəfli gicgah bölgəsindəki ağrıların səbəbi miqren ola bilər.
Publika.az oxucuları gicgah ağrılarına səbəb olan amillərlə tanış edib.
Miqren Ağrısı
Xroniki xəstəliyin ilk əlamətləri işığa qarşı həssaslıqdır. Eyni zamanda səs və qoxu alma həssaslığı artır. Stress, hormonal pozğunluq, hava və yuxu dəyişiklikləri, bəzi yemək və içkilər də miqren ağrılarını şiddətləndirir.
Miqren əlamətləri qısaca belədir:
Bulanıq görmə;
Ürək bulanması və qusma;
Baş gicəllənməsi;
Zehin bulanıqlığı;
İşığa və səsə qarşı həddindən artıq həssaslıq;
Gərginlik nəticəsində yaranan baş ağrısı
Cəmiyyətimizdə gərginlik nəticəsində yaranan baş ağrıları artıq adiləşib. Bu ağrı başda ağırlıq, təzyiq və sıxıntı hissi ilə özünü göstərir. Diqqət və müvazinət çatışmazlığı, boyun və boyun ağrısı da gərginliyin ilk əlamətləridir.
Ağrıya təkan verən amillər
Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... - ŞOK ARAŞDIRMAStress;
Yuxusuzluq;
İş mühiti;
Müalicəsində sadə ağrıkəsicilər, əzələ yumşaldıcı və ya rahatlatıcı antidepressantlar istifadə edilə bilər. Bu xəstəliyin müalicəsində psixoloji terapiyalar və əzələ yumşaldıcı texnikalar istifadə edilir.
Sinusit baş ağrısı
Sinusit adətən miqrenlə qarışdırılır. Göz və burun ətrafında şiddətli ağrılar, həmçinin burun tıxanması da bu narahatlığın əlamətləridir.
Klaster baş ağrısı
Bu tipli baş ağrıları gənc yaşdakı kişilərdə daha tez-tez görünür. Xəstəlik ümumiyyətlə göz və tək tərəfli gicgahda çox şiddətli ağrılarla özünü göstərir. Ağrı birdən başlayır və birdən ağrı kəsilir.
Adətən ilin ilk ayları günün eyni saatlarında təkrarlayan, 1 saata qədər davam edən ağrılardır. Klaster baş ağrısından əziyyət çəkən xəstələrdə tərləmə və hiperaktivlik tipik bir haldır.
Klaster baş ağrısı əlamətləri qısaca belədir
Bir gözün yan tərəfində qızartı;
Baş ağrısının hiss edildiyi yerdə şişlik;
Göz qapaqlarının gücsüzləş;
Baş ağrısının başı hərəkət etdirdikdə kəskinləşməməsi;
Hormonal miqren
Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... - ŞOK ARAŞDIRMAMenstruasiya öncəsi - ortası -sonrası baş verən hücumlara hormonal miqren deyilir. Tipik miqren ağrıları və şişkinlik, əsəbilik, qarın ağrısı olur.
Xroniki baş ağrısı
Ayda 15 gündən çox müşahidə olunan baş ağrılarıdır. Bütün və ya yarım baş ağrısı, boyun-kürək ağrılarıdır. Yorğunluq, depressiya, aşırı duyğusallıq və üzüntü ilə özünü göstərir.
Gicgah ağrısı üçün təbii müalicə üsulları hansılardır?
Bəzən sağ gicgah ağrısı problemindən xilas olmaq üçün kifayət qədər yatmaq və ya qorxunu azaltmaq lazımdır. Ancaq sağ gicgah ağrısı problemini aradan qaldırmaq üçün digər üsullardan istifadə edə bilərsiniz.
Bitki yağlarının baş ağrılarına təsiri
Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... - ŞOK ARAŞDIRMALavanda yağı;
Nanə yağı;
Çobanyastığı yağı;
Seçdiyiniz hər hansı yağı bir xörək qaşığı kokos və ya badam yağı ilə qarışdırıb sağ gicgah sümüyü üzərini masaj edin.
Gicgah ağrısına yaxşı təsir edən digər üsullar
Gicgah ağrısı problemini aradan qaldırmaq üçün faydalı ola biləcək başqa üsullar da var. Bu təbii müalicə üsulları aşağıdakılardır:
İlıq duş
İlıq duş əsəbləri rahatlaşdırır və baş ağrısının sakitləşməsinə köməkçi olar. Daha tez sağalmaq üçün suya bir neçə damcı lavanda yağı əlavə edərdiniz.
İsti və ya soyuq kompres
Sağ gicgah sümüyü üzərində isti və ya soyuq kompres sağ gicgah ağrısı probleminin aradan qaldırılmasında təsirlidir. İstilik gərginləşmiş əzələləri boşaldaraq baş və boyun bölgəsini rahatlaşdırır. Soyuqluq isə enflamasyonu azaldır.
Qəhvə və ya çay
Klaster tipli baş ağrıları və miqren ağrılarını qəhvə və çay içərək bir az yüngülləşdirmək mümkündür. Ekspertlər baş ağrısının adətən kofeinə cavab verdiyini bildirir.
Ağrıkəsici dərmanlar
Hər gün yediyimiz bu qidalardan UZAQ DURUN, əgər sizdə... - ŞOK ARAŞDIRMAAğrı kəsici dərmanların yanaşı ibuprofenin təbii alternativlərini də istifadə edə bilərsiniz.
Gicgah ağrılarının hansı mərhələsində həkimə getmək lazımdır?
Başın tək bir tərəfdə hiss edilən ağrılar çox ciddi olmayan və həyatı təhlükə kəsb etməyən səbəblərdən qaynaqlanır. Bununla yanaşı sağ gicgah ağrısı əsasən miqren, yorğunluq və ya yetərsiz yuxu kimi amillərdən qaynaqlana bilər.
Digər tərəfdən, meningit, ensefalit və ya şiş kimi sağlamlıq problemləri tibbi müdaxilə tələb edir. Odur ki, sağ gicgah ağrısı ilə birlikdə aşağıdakı əlamətlər ortaya çıxdığı zaman bir həkimə getməyi təklif edirik.
Sağ gicgah ağrısı hissinin qəfil gəlməsi, danışan zaman üzdə uyuşma əmələ gəlməsi;
Sağ gicgah ağrısı ilə birlikdə boyunda sərtləşmə, qızartılar və qusma;
Travmadan sonra baş və ya boyun bölgəsində yüngül ya da şiddətli ağrı hiss edilməsi,
Sağ gicgah ağrısı ilə birlikdə görmə problemləri yaranması;
Baş ağrısının həftədə 3 gündən çox olması;
Sağ gicgah ağrısının ağrıkəsicilərlə yüngülləşməməsi;
Sağ gicgah ağrısının gündəlik aktivliyə təsir edəcək səviyyəyə çatması;
Cüt görmə;
Uyuşma hissi;
Danışmaq çətinliyi;
Baş qarışıqlığı;
Anidən gələn dözülməz ağrı.
Bu kimi hallar baş veribsə, mütləq qulaq burun boğaz mütəxəssisinə getməlisiniz.
Gicgah ağrısının səbəbləri nələrdir?
Yuxusuzluq;
Ac qalmaq;
Stress;
Narahatçılıq;
Yüksək təzyiq,
Hədsiz üzüntü;
Sinus iltihabları,
Diş qıcama;
Miqren;
Çənə oynaq problemləri.
Gicgah ağrıları varsa, hansı qidalardan uzaq durmaq lazımdır?
Aparılan tədqiqatlar göstərir ki, sulfid, nitrat, ya da mono sodium baxımından zəngin olan qidalar gicgah ağrısına səbəb olur. Təbii və işlənməmiş ərzaqlar baş ağrılarını azaldır. Ağrıya səbəb olan qidalar bunlardır:
Şokolad;
Ədviyyatlar;
Konservlər;
Çin yeməkləri;
Kolbasa və sosiska;
Şərab.
Bu qidaların istifadəsindən yarım saat sonra gicgah ağrıları özünü göstərəcək.
Gicgah ağrısını kəsən üsullar
Gicgahlara soyuq presləmə tətbiq edin.
Tərkibində parasetamol və ibuprofen kimi maddələr olan ağrıkəsiciləri istifadə edin.
Qaranlıq otaqda yatın.
Naharı qaçırmayın.
Hər gün eyni saatda yatın.
Kifayət miqdarda su için.
Məşq edin.
Gicgahlara alma sirkəsi qoyun.
Stressdən uzaq durmağa çalışın.
Gicgah ağrısını minimum səviyyəyə salmaq öz əlinizdədir. Bunun üçün stressdən uzaq olun, ürəyinizin səsini dinləyin. Bu, ağrıları azaltmaq üçün ən effektli profilaktikadır. Bəli, stress həyatın bir parçasıdır, amma onu idarə etməyi bilsəniz, gicgah ağrısı da daxil olmaqla müxtəlif sağlamlıq problemləri də yaşamayacaqsınız.
Bunun üçün sizi sakitləşdirən və xoşbəxt edəcək musiqi dinləyin. Xoşladığınız və ya sevdiyiniz işlərlə məşğul olun. Problemləri həll edərkən sakitliyinizi qoruyun, ya da mümkün olduğu qədər problemdən uzaq durun. Şükür hissinizi inkişaf etdirin
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1796   Tarix: 18 oktyabr 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

yay geyimləri 2026 gozel gorunmek yemek reseptleri geyim seçimi elm aid atalar sozleri estetik gözəllik nermin ibrahimova kosmetika big.az maya maskasi zehmet ve zinet sac duzumleri aslan