Hər il 2,5 milyon uşaq bu səbəbdən ölə bilər - Koronavirusdan DAHA TƏHLÜKƏLİ
Dünya hər il 2,5 milyon azyaşlını sadəcə peyvənd vurulmadığı üçün itirə bilər.
Publika.az xəbər verir ki, bu sözləri Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.
Professor koronavirus pandemiyası müddətində peyvəndin nə qədər əhəmiyyətli olduğunun bir daha sübuta yetirildiyinə diqqət çəkib. O bildirib ki, 13 xəstəliyə qarşı vurulan peyvəndin dayandırılması təqdirində, onlardan ən az 5-i bundan daha pis pandemiyaya səbəb ola bilər.
M.Ceyhanın sözlərinə görə, virus nəzarətdə saxlansa belə, peyvənd tapılana qədər tikan üstündə yaşamalı olacağıq: "Bu virus dünyadan itənə qədər müəyyən qaydalara əməl etməliyik. 1,5 metr məsafə saxlamaq, kütləvi yerlərə girməmək buraya daxildir. Bunlardan qurtulmağımızı təmin edəcək yeganə faktor peyvənddir".
Sadəcə virusların deyil, bakteriyaların da epidemiyaya səbəb ola biləcəyinə diqqət çəkən Ceyhan peyvənd olmasa, vərəm, meningit, suçiçəyi, hepatit, difteriya kimi xəstəliklərin koronadan daha pis nəticələrə səbəb ola biləcəyini deyib.
Professor əlavə edib ki, koronavirus ana bətnindəki körpəyə cift yolu ilə keçmir: "Amma körpə zəif immun sistemi ilə doğulur. Bir çox mikroba qarşı ana südündən aldığı antikorlar və bəzi qoruyucu maddələr sayəsində immun qazanır. Ana südü bütün mikroblara qarşı qoruyucu maddələrə malikdir".
Zümrüd









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama