Heyrətamiz gözəlliyə sahib olmaq üçün ipuclar

Heyrətamiz gözəlliyə sahib olmaq üçün ipuclarHeyrətamiz gözəlliyə sahib olmaq üçün ipuclar

Həqiqətənmi əlvan dodaq boyası dodaqları solğunlaşdırır, bəs şampunu üç aydan bir dəyişmək lazımdır? Necə fikirləşirsiniz, ana, rəfiqə və hətta kosmetoloqların populyar məsləhətləri nə dərəcədə doğrudur? "Aysel" jurnalı hamını çox maraqlandıran bu suallara cavab tapmağa çalışıb.

Dırnaq boyası
Dırnaq boyası olmadan da ideal manikür etmək olar. Bunun üçün köhnə boyanı silin. Üçtərəfli cilalayıcı mişarı götürərək hər tərəfi ilə dırnağın üstündən eyni istiqamətdə üç dəfə gedin: mişarın kobud səthi dırnağı boya qalıqlarından təmizləyəcək, orta səth nahamarlığı aradan qaldıracaq, yumşaq səth isə parıltı verəcək. Bundan sonra kutikul pərdə üçün nəzərdə tutulan xüsusi vasitə çəkin. Manikür hazırdır!

Skrab
Hər gün iki dəqiqə yumşaq pilinq üçün vaxt ayırmaq lazımdır. İlk növbədə bu, ani olaraq dərini təravətləndirir və ona parlaqlıq verir. İkincisi isə yumşaq pilinq dəri səthini hamarlaşdırır, nəticədə tonal krem daha qalıcı olur.

Dodaq boyası
Qırmızı boyadan çox istifadə edənlərin dodaqları solğunlaşır. Bu, on il bundan qabaq belə idi. Çünki o zaman əsasən rəngləyici piqmentdən ibarət olan boyalar dodaqları qurudurdu və onları silmək çətin olurdu. Amma müasir texnologiya pomadanı makiyaj məhsulundan dodaqlara tam qulluq vasitəsinə çevirdi. İndi onun formulu qidalandırıcı və nəmləndirici komponentlərdən və qocalmaya qarşı profilaktik vasitələrdən ibarətdir.

Karandaş
Smoky eyes (tüstülü gözlər) makiyajının "tezbazar" sirri karandaş-kölgələrdir. Bu, sözsüz belədir. Bunun üçün bənövşəyi rəngi seçin, o, hamıya yaraşır. Həmçinin dəbli və qeyri-adi görünür.

Krem
Tonal krem dərini qurudur. Yox, yox, bir də yox. Tonal vasitənin tərkibindəki yağlar dərini qurumaqdan qoruyur. Bundan başqa tonal kremə daxil olan lipid və silikonlar dərini donmadan və çirklənmədən də müdafiə edir. Yağla bərabər emulsiya şəklində olan su isə dəriyə yumşaqlıq verməklə yanaşı tonusu qaldırır.

Moloçko
Yatarkən makiyaj silinməsə, qırışlar daha tez əmələ gələcək. Vitaminli pomada, dartıcı effekt verən tonal krem və ya kiprikləri uzadan tuş özü-özlüyündə vaxtından əvvəl qocalmaya səbəb ola bilməz. Onlar dərini gündüz vaxtı müdafiə edir, axşam isə ona başqa cür qulluq lazımdır - bərpaedici qulluq. Əgər onu mütəmadi olaraq unudursunuzsa, onda qırışlar həqiqətən də vaxtından tez əmələ gələcək.

Yağ
Gənəgərçək və ayıpəncəsi yağı saçların uzanmasına kömək edir. İstənilən yağ baş dərisini kəpəkdən azad edir. Amma saçın uzanmasına onlar kömək etmir. Təmiz ayıpəncəsi yağını saçdan yumaq üçün saçı dəfələrlə sabunla yumaq lazımdır ki, bu da saçı zədələyə bilər. Ona görə yağlardan ehtiyatla istifadə edin.

Diş tozu
Diş tozu dişləri məcundan daha yaxşı ağardır və təmizləyir. Bəli, bu faktdır. Amma zamanla toz nəticəsində dişin minası nazikləşir, çünki onun əsas təmizləyici komponenti təbaşir və yüksək abraziv materiallardır (cilalayıcı, itiləyici və parlaylayıcı materiallar). Məhz bu komponentə görə diş tozu ərpi yaxşı təmizləyir. Tozun ikinci mənfi tərəfi məcundan fərqli olaraq tərkibində bioloji aktiv maddənin olmamasıdır ki, buna görə də onu müalicəvi və prafilaktiv vasitə adlandırmaq olmaz. Onün üçün də diş tozu əsasən protezlərin və gümüşlərin təmizlənməsi üçün yararlıdır.

Epilyator
Ayaq tükləri təmizlənərkən, daha da tündləşir. Əslində tüklərin rəngi epilyasiyanın metodundan asılı olmur, eyni zamanda mütəmadi qırxılmadan onlar həqiqətən də tündləşir. Həmçminin qırxma zamanı tük ametrinin daha böyük olduğu özəyindən zədələnir və buna görə də daha qalın və sıx artır. Bunun qarşısını almaq üçün mumlu epilyasiyaya və ya elektroepilyatora üstünlük verin. Hər iki variantda tük kökü ilə bərabər çıxır və zamanla rəngi açılır və nazikləşir.

Şampun
Şampunu üç aydan bir dəyişmək lazımdır, əks halda o təsirini itirir. Şampunun dəyişdirilməsi zaman intervalından yox, saç vəziyyətinin dəyişməsindən asılı olmalıdır. Məsələn. Saçının rəngləsəniz və ya kəpək aşkar etsəniz, yeni qulluq vasitəsinə müraciət olunmalıdır. Sevdiyiniz şampunu üç ay tamam oldu deyə dəyişmək tam yersizdir.

Ayaq kremi
Ayaqları çarpazlayaraq oturmaq varikoz damar genişlənməsinə səbəb olur. Belə ciddi xəstəlik heç nədən yarana bilməz. Əgər gün ərzində işdə oturur və ya ayaqüstə durursunuzsa, hamiləsinizsə, ayaq şişkinliyindən əziyyət çəukirsinizsə, ayağınzı ayağınızın üstünə aşırıb oturmağı sevirsinizsə, bu, Varikozun yaranmasını stimullaşdıra bilər, əgər buna meylliliyiniz varsa. Əgər yoxdursa, bu vərdişlə zamanla dammar ulduzcuqları əmələ .ətirə bilər, xüsusən siqaret çəkənlərdə və təyyarəylə çox uçanlarda. Damarlarla bağlı problemlərdən qaçmaq üçün onları idman və qan dövranını artıran gellər vasitəsilə möhkəmləndirin.

Maz
Babasilə qarşı maz göz altındakı şişkinliyi aradan qaldırır. Qeparinli və digər venotrop komponentli mazlar dammar divarlarını möhkəmləndirir və venoz durğunluğunun qarşısını alır. Ona görə cgüman etmək olar ki, onlar gözaltı dairələri aradan qaldıra bilər. Amma şişkinliyi əksinə artıra bilər, çünki mürəkkəb tərkibli mazlar gözətrafı incə dəri üçün yaramır. Bundan başqa onlar göz qapağı iltihabına və müalicəsi aylarla sürə bilən blefarit kimi xəstəliyə yol aça bilər.

Bal və ya vazelin
Dodaqları bal və ya vazelinlə yumşaltmaq lazımdır. Vazelin yumşaldıcı xüsusiyyəti ilə məşhurdur, amma təmiz halda o dəriyə hopur və səthində nazik pərdə qoyur. Nəticədə soyuq havada müdafiə əvəzinə vazelin əks effekt verə bilər (dodaqlar çatlayar). Ona göbrə vazelinin özünü yox, tərkibinə onun komponentlərindən daxil olan xüsusi vasitələrdən istifadə edin. Bal isə daha asan vasitədir. O həqiqətən yara sağaldıcı və iltihab əleyhinə maddələrlə zəngindir, əgər xalis baldırsa.

Dırnaq
Dırnağın kutikul pərdəsini kəsmək dırnaqlar üçün zərərlidir. Manikürün dırnaqlara yeganə təhlükəsi dəri kəsilməsi və ora infeksiyanın salınmasıdır. Amma xanımları tez çıxan dırnaq kutikulu çox narahat edir. Ev şəraitində kutikulu zədəsiz arxaya çəkmək üçün portağal ağacından hazırlanan çubuq kömək edər. Onun əmələ gəlməsini gecikdirmək üçünsə hər dəfə əllərinizi yuyanda dəsmalla kutikulu arxaya çəkin və gündə iki dəfə zeytun yağı və ya xüsusi vasitə ilə onları nəmləndirin.

Gözəllik və Moda     Baxılıb: 3548   Tarix: 13 fevral 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

turlar.az

toy gecesi kosmetika mehsullari hamilelikde qidalanma kampotlarin hazirlanmasi biliye aid atalar sozleri gavali haqqinda makiyaj kosmetika qızlıq pərdəsi opusme ikizler şebnem tovuzlu paxlava