Hindistan ştammı bizdə də var, onun yoluxuculuq qabiliyyəti... - Həkimdən ŞOK XƏBƏRDARLIQ

Hindistan ştammı bizdə də var, onun yoluxuculuq qabiliyyəti... - Həkimdən ŞOK XƏBƏRDARLIQ"Hindistan ştammının yoluxuculuq qabiliyyəti hələ tam olaraq öyrənilməyib. Ona görə də indiki halda bu ştammın sürətli yayılıb-yayılmayacağı ilə bağlı dəqiq şəkildə nəsə demək olmur. Ancaq ümumi olaraq görünən odur ki, Hindistan ştammı təhlükəlidir. Çünki hazırda Hindistanda yoluxma sayı dünyadakı bütün yoluxmaların yarısına bərabərdir, orada xəstələnmə və ölüm halları rekord həddə çatıb. Bu isə onu deməyə əsas verir ki, Hindistan ştammının yoluxuculuq qabiliyyəti həddindən artıq yüksəkdir".
Bu fikirləri Publika.az -a Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.
Həkim bildirib ki, əgər hind ştammının müalicə metodları və diaqnostika üsulları düzgün öyrənilərək tətbiq olunarsa, ölüm halı çox olmaz: "Görünən odur ki, Hindistan ştammının digərlərindən fərqi yolxuculuq qabiliyyətinin və kantegiozluğunun çox olmasındadır. Ümumiyyətlə, bütün mutant viruslarda yoluxanlar xəstəliyi ağır keçirirlər. Hindistan ştammının Rusiyada, Türkiyədə də olduğu deyilir. Qonşu ölkələrdə varsa, yüz faiz bizdə də var. Sadəcə hələ ki, bu mutant virusla bağlı ölkəmizə diaqnostik testlər gətirilməyib, ona görə də indiki halda təyin edilmir. Onun ayrıca testləri var, onlar alınmalı və yoxlanılmalıdır".
Hindistan ştammı bizdə də var, onun yoluxuculuq qabiliyyəti... - Həkimdən ŞOK XƏBƏRDARLIQƏ.Rüstəmin sözlərinə görə, hər ştammın özünü xüsusi diaqnostik testləri və reaktivləri var. Xəstələnən şəxsin hansı ştamma yoluxması da həmin reaktivlərlə və labarator qaydada xüsusi müayinələrlə aşkar olunur.
Bildirilir ki, Hindistan ştammının sürətlə yayılması dünyada dördüncü dalğaya səbəb olacaq. Həkimin fikrincə isə, Azərbaycanda hələ də birinci dalğa hökm sürür: "Bizdə hələ heç birinci dalğa bitməyib. Birinci dalğanın bitməsi üçün gündəlik yoluxma sayı 3-4 nəfər olmalıdır. Yəni yoluxma bir rəqəmliyə düşməlidir. Bundan sonra isə yenidən qalxmalıdır. Ölkəmizdə isə bu hal olmayıb. Bizdə hazırda birinci dalğadır ki, davam edir və artır-azalır".
Ə.Rüstəm qeyd edib ki, hazırkı vəziyyətdə vaksinasiya prosesi sürətlə davam etdirilməlidir: "Bizdə vaksinasiyanın sürəti qonşu ölkələrdən xeyli yüksəkdir. MDB-də də vaksinasiya prosesi ən yüksək səviyyədə və sürətli şəkildə məhz bizdə aparılır. Bu, çox sevindiricidir. Təklif edərdim ki, vətəndaşın yaşayış yerindən asılı olmayaraq, bütün istəyənlərə dərhal vaksin vurulmalıdır. Yaxın dövr ərzində peyvəndlənməni tez bitirsək, hər şey yaxşı olacaq. Yayın sonuna, heç olmasa ilin sonuna qədər vaksinasiyanı tamamlamalıyıq".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 1651   Tarix: 29 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay geyimləri 2026 qadin sayti geymler 2026 hicab geyimleri seksi geyim çanta spermanin qadina faydasi kosmetika cinsi əlaqə oglaq englishdilində qulaq vətən haqqında bayatı toy gecesi