Hökumət benzinin qiymətilə bağlı QƏRAR VERDİ
Qubernatorun imzası ilə göndərilən teleqramda qiymətin daim artımı "əsl xaos" adlandırılıb
Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev Rusiya hökümətinə benzinin qiymətindəki artımı dayandırmaq üçün müraciət edib.
Qadinsayti.az report-a istinadən xəbər verir ki, bu barədə regional rəhbərlik məlumat yayıb.
Regional hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 1-dən Sibirin regionlarında benzinin bütün markaları üzrə qiymət orta hesabla 20 qəpik artıb: "Kuzbassda benzinin 1 litrinin qiyməti 34 rubl (0,9962 manat) təşkil edir.Bu isə yerli orqanlarla olan razılıq pozularaq xəbərdarlıq edilmədən baş verib".
Məlumatda qeyd olunub ki, 2016-cı ildə ən çox satılan Aİ-92 markalı avtomobil benzinin qiyməti 1,8 rubl (0,05 manat) artıb: "Sonuncu artım 10 gün əvvəl olub. Bütün il ərzində qiymət 5 dəfə artıb. Şirkətlər əhaliyə artımın səbəbi və qiymətləndirmə mexanizmi barədə məlumat vermirlər".
Qubernatorun imzası ilə göndərilən teleqramda qiymətin daim artımı "əsl xaos" adlandırılıb. Onun fikrincə, inhisarçılar bazardakı mövqelərindən istifadə edir, kuzbasslıların marağını nəzərə almır və faktiki olaraq əhalinin "cibinə girir": "Səbəb göstərilmir, insanlar sadəcə fakt qarşısında qalırlar-qiymətlər qaldırılıb. Bunun nəyə gətirib çıxaracağını Meksika nümunəsində görürük. Orada inhisarçılar qiymətləri o həddə artırıb ki, insanlar etiraza qalxıblar".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Zaur Kamalın səhhətində problem yarandı
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI
Tacir Şahmalıoğlu əməliyyat olundu
Afra Saraçoğlu İstanbul aeroportunda saxlanıldı
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ