Hormonal akne ilə mübarizədə yeni trend: Buruq nanə çayı
Dəri baxımı mütəxəssisləri və dermatoloqlar xüsusilə çənə xətti boyunca yaranan hormonal sızanaqlara qarşı təbii bir vasitə olan buruq nanə çayının faydalarını araşdırıblar. Bu çay sadəcə rahatlıq deyil, həm də daxili dəri baxımı vəd edir.
Milli.Az xəbər verir ki, hormonal akne adətən orqanizmdə androloji hormonların (məsələn, testosteron) artması nəticəsində dərinin həddindən artıq yağ istehsal etməsi ilə yaranır.
Araşdırmalar göstərir ki, buruq nanə (spearmint) anti-androgen xüsusiyyətlərə malikdir. Bu, qandakı "kişilik hormonlarını" balanslaşdıraraq yağ istehsalını azaldır və sızanaq yaranmasının qarşısını daxildən alır.
Nanənin tərkibindəki antioksidantlar dəridəki qızartı və iltihabı sakitləşdirir.
Ən yaxşı nəticə üçün gündə 1 və ya 2 fincan buruq nanə çayı içmək tövsiyə olunur.
Nəticənin görünməsi üçün ən azı 1-3 ay mütəmadi istifadə şərtdir.
Bu bitki çayı hormonal səviyyəyə təsir etdiyi üçün hamiləlik, südvermə və ya ciddi hormonal pozuntular zamanı həkimlə məsləhətləşmək mütləqdir.
Lalə Qüdrətova
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür