İcazəsiz ərin cibindən pul götürmək olarmı?

İcazəsiz ərin cibindən pul götürmək olarmı?Sual: Kişinin icazəsi olmadan qadın onun cibindən pul götürə bilərmi?

Cavab: Ailədə kişinin öz hüquqları və vəzifələri olduğu kimi, qadının da öz hüquqları və vəzifələri var. Məsələn, ailənin ehtiyaclarını ödəmək kişinin borcudur. İxtisası, elmi dərəcəsi, cəmiyyət içində mövqeyi nə olursa-olsun, kişi bilməlidir ki, evinin halal dolanışığını təmin etmək onun borcudur, istər yük daşısın, istər yer belləsin, istərsə də meyvə satsın… Bunlar əskiklik deyil, əskiklik öz borcunu yerinə yetirməməkdir.

Kişinin icazəsi olmadan qadının onun cibindən pul götürməsi

Evdə zəruri və gözlənilməz hallar üçün xüsusi büdcə olmalıdır. Evə maaş gələndə bir hissəsi ayrılıb bir tərəfə qoyulmalıdır ki, gözlənilməz və ya zəruri bir iş ortaya çıxdığı təqdirdə, onunla həll etmək mümkün olsun. Bu büdcənin xərclərini hər iki tərəf bilməlidir. Əgər kişi bədxərcdirsə qadın onun xəbəri olmadan bir miqdar əlavə pul yığa bilər. Ancaq ailə başçısı kimi ərinə bunu deməsi daha yaxşıdır.

Əri evdə olmadığı təqdirdə qadın evin büdcəsindən hər hansı zəruri ehtiyac üçün pul xərcləyə bilər. Çünki o zəruri işi yerinə yetirmək əslində kişinin borcudur. Əsri-səadətdə baş verən bu hadisə də qadının ərinin icazəsi olmadan ailəsinə pul xərcləyə biləcəyini göstərir. Əbu Süfyanın həyat yoldaşı Hind bir gün Rəsulullahın (s.ə.s) yanına gələrək, ərinə malından özü və uşaqları üçün onun xəbəri olmadan xərcləməyin doğru olub-olmadığını soruşur. Rəsulullah (s.ə.s) belə cavab verir, "Adət üzrə özünə və uşaqlarına kifayət edən miqdar nə qədərdirsə, o qədər götürə bilərsən". (Buxari, Büyü, 95; Nəsai, Qəda, 31; İbn Macə, Ticarət, 65; Darimi, Nikah, 54). Bu hədisə görə qadın ərinə aid puldan onun icazəsi olmadan sadəcə ehtiyaclarını qarşılamaq üçün götürə bilər. Əgər qadın kişinin cibindən icazəsiz götürdüyü pulu zərurət olmayan şeylərə xəcləyir və üstəlik, kişi bundan narazıdırsa, bu məsələdə qadına bəraət qazandırmaq mümkün deyil. Əgər kişi qadına evdəki büdcədən və ya cibindən pul xərcləmək üçün icazə veribsə qadının icazə almağına ehtiyac yoxdur.

Əri xəsis olan qadın onun icazəsi olmadan ailə büdcəsini zərər verməmək şərtilə infaq edə bilər. Bu savabdan əri ilə ortaq olar. "Qadın evin malından ailə büdcəsinə ziyan dəyməyəcək şəkildə infaq edərsə, hər ikisi – infaq etdiyinə görə qadın, qazanıb gətirdiyi üçün də kişi savab qazanır." (Buxari, zəkat 26; Müslim, zəkat 80; Əbu Davud, zəkat 44).
meneviyyat.az

Gözəllik və Moda     Baxılıb: 2537   Tarix: 02 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

turlar.az

qadın geyimi geyim seçimi toy makiyajlari ayaqqabı modelləri yataqda xinayaxdi bayatilari kosmetika tərəzi baldiz muellim seiri cinsi elaqe hakiwda