İdeal saçlara sahib ol

İdeal saçlara sahib olUlduzlarınkı kimi gözəl və qüsursuz saçlara sahib olmaq üçün onların saç ustalarına müraciət etmək yox, bu ustaların məsləhətlərinə qulaq asmaq lazımdır. Dünyanın ən məşhur stilistlərinin saçlara qulluq sirlərini sadalayır.

1. Şampunu saçınızın dibindən ucuna doğru vurun
Şampunu ovcunuzun içinə və ya süngərin üzərinə töküb bərabər şəkildə saçınızın bütün hissəsinə yaxın. Beləcə siz saçınızın bütün hissələrini şampunlamış olacaqsınız. Nəticədə saçlarınız ideal təmiz olacaq.

2. Saçınızı yumazdan öncə maskadan istifadə edin. Nəmləndirici maska saça lazım olan maddələri artırır. Lakin maskanın qalığını mütləq su və şampunla təmiz yuyun.

3. Saçınızı incədən-incəyə yaxalayın. Mütləq saçınızda olan şampun və maskanı yuyun. Yağlı saçları soyuq su ilə yuyun ki, piy vəzlərinin tez əmələ gəlməsinə təkan verməyəsiniz.

4. Haçalanmış saç ucları ilə mübarizə aparın. Haçalanmış və qırılan saç uclarına avokado maskası kömək olur. Avakadonun qabığını soyub çəyirdəyini çıxarın. Daha sonra onu əzərək saçınıza çəkin. 15 dəqiqə saxlamağınız kifayətdir. Bu maskadan sonra saçınızı mütləq isti su ilə yuyun.

5. Saçlarınızın açıq rəngini çobanyastığı ekstraktı vasitəsilə qoruyun. Çobanyastığı tərkibli şampunlardan istifadə edin. Daha yaxşı effekt əldə etmək istəyirsinizsə, saçlarınızı çobanyastığı və qurudulmuş limonun həlimi ilə yuyun.

6. Özünüz üçün ideal rəng seçin. Saçınızın rəngini nəzərəçarpacaq şəkildə dəyişməyin. Təbii saç rənginizdən bir-iki çalar açıq və ya tünd rəng seçin. Əgər uzunmüddətli rəngləmələrdən sonra saçınızın təbii rəngini unutmusunuzsa, onda qaşınız sizə düzgün rəngi seçməkdə kömək edəcək.

7. Saçınızı boyayarkən dərinizi qoruyun. Boyaya başlamadan öncə qulaq, alın və boyun hissənizə saç üçün yağ sürtün. Əmin olun dəriniz ləkələnməyəcək.

8. Hovuzda üzdükdən sonra saçlarınıza qulluq edin. Hovuzun xlorlu, dənizin isə duzlu suyu və günəş şüaları nəticəsində saçlarınız yaşıl rəngə çalırsa, ketçupdan maska kimi istifadə edin. Onu 10-12 dəqiqə saxladıqdan sonra saçınızı isti su ilə yuyun.

9. Saçlarınızı düzgün naços edin. Xırda dişli daraqla saçı dibdən naços etməyə başlayın. Saçınızı nə qədər nazik tellərə ayırsanız, naços bir o qədər həcmli olacaq.

10. Saçınızı saç lakı ilə düzləşdirin. Lakı saçın uzunu boyu vurun. Daha sonra fenlə düzləşdirməyə başlayın. İşinizi bitirdikdən sonra bir daha saçınıza lak vurun.

11. Saçlarınızı parıltılı edin. Yarım litr mineral suya yarım stəkan alma sirkəsi əlavə edin. Saçınızı yaxşıca yuduqdan sonra, hazırladığınız məhlulla yaxalayın.

12. Saçınızı formaya salarkən dəniz suyundan istifadə edin. Əgər əlinizin altında dəniz suyu yoxdursa, onda pulverizatoru adi su ilə dodurun, bir neçə çimdik dəniz duzu əlavə edin və saçınızı bu su ilə isladın. Daha sonra feni ən isti rejimlə işə salın və saçınızı qurulayın. Nəticədə iri buruq saçlara sahib olacaqsınız.

Gözəllik və Moda     Baxılıb: 3207   Tarix: 14 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

turlar.az

yay geyimləri 2026 toy makiyaji sekilleri toy gecesi hicab baglamaq usullari milli yemek qadın sağlamlıq cavanlasdirici maskalar kosmetika qiz adlari vətənə aid atalar sözləri vətən aysel hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz