"İlk bayramdır ki, bayramımda Urfan yoxdur, çox ağırdır" — Aprel şəhidinin xanımı

APA TV 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə şəhid mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadəni və qızlarını təbrik etmək üçün yaşadıqları ünvana baş çəkib.

BiG.AZ həmin reportajı təqdim edir:

Şəhid mayorun həyat yoldaşı Könül xanımın sözlərinə görə, birlikdə yaşadıqları 10 il ərzində ilk dəfədir Urfan 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə onu təbrik etmir: "Onun itkisi çox ağırdır. Yeri hər an bilinir. Hər bayramda mənim hədiyyəm axşamdan hazırlanardı. Zəhranı da təbrik edirdi. Bətülü də ilk və son dəfə ötən il təbrik etdi. Bu il isə Urfan yoxdur. Allah heç bir ailəni atasız qoymasın!"

Könül xanım deyir ki, Urfan Vəlizadə bayramlarda ona daha çox gül hədiyyə edib:

"Bir dəstə gül alardı. O, yaşayanda mənim bayramım tam fərqli olardı. Qızım Zəhra ilə gedib mənə hədiyyə seçərdilər. Parfüm alardı, fen almışdı, hətta bir dəfə xrustal vaza da almışdı..."

"Urfan çalışıb yaxşı nə varsa, ailəsi üçün etsin" deyən Könül Vəlizadənin sözlərinə görə, on il ərzində hərbçi xanımı olduğunu ona hiss etdirməyib: "İşini heç vaxt evə gətirməzdi. Toydan qabaq mənə söz vermişdi ki, hərbçi ilə ailə qurduğunu heç vaxt hiss etməyəcəksən. Əlindən gələni edərdi ki, ürəyimiz sevinsin. Uşaqlar üçün də həmçinin".

9 yaşlı Zəhra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 3-cü sinif şagirdidir. Anası onunla fəxr etdiyini və övladlarının ona Urfanın ən dəyərli hədiyyəsi olduğunu deyir: "Zəhra çox yaxşı oxuyur dərslərini. Üstəlik, skripka ifa etməyi də öyrənib. Deyir ki, aprelin 2-də Urfanın ildönümü günü mən atamın qəbri üstündə ifa edəcəyəm. Bilmirəm ki, onu ora necə aparım. Mənim üçün çox çətindir, bu onun ağlına hardan gəlib, heç onu da bilmirəm. Amma aparacağam ki, ifa etsin atası üçün".
"İlk bayramdır ki, bayramımda Urfan yoxdur, çox ağırdır" — Aprel şəhidinin xanımı"İlk bayramdır ki, bayramımda Urfan yoxdur, çox ağırdır" — Aprel şəhidinin xanımı

Xəbərlər     Baxılıb: 2359   Tarix: 08 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

yay kolleksiyasi geyim şəkilləri geyim seçimi hakışta xınayaxdı qarağatın faydaları valideyne aid statuslar piroqlar kosmetika novruz bayramına aid bakışta arıqla sanama veten rus dili