İnsanın enerjisini azaldan stresslə mübarizə - Gələcəyi düşünmə, bu illüziyadır

İnsanın enerjisini azaldan stresslə mübarizə - Gələcəyi düşünmə, bu illüziyadırPayız və qış ilin ən qaranlıq, ən depressiv dövrüdür. İnsanlar stresdən, enerjisizlik, depressiyadan şikayətlənir.
Hamını bir şey düşündürür: işə, təhsilə və özümüzə sərf etmək üçün enerjini hardan alaq?
Milli.Az medicina.az-a istinadən bildirir ki, stres və enerjisizlikdən tibdə və psixologiyada yeni-yeni diaqnozlar meydana çıxır. Dəbə düşən terminlərdən biri də Prokrastinasiyadır - vacib işləri daim təxirə salmaq, bu günün işini gələn həftəyə saxlamaq, bahənələr tapmaq və ya sadəcə enerjisizlik.
Bu hal çıxılmaz dövrə yaradır, insanı daha çox depressiyaya salır. Çıxış yolu isə uzaqda deyil.
Məşhur psixoloq və kouç Marina Melia stresə qarşı əlçatan sadə metodları açıqlayıb.
"Bizim enerjimizi stress oğurlayır. Stresi yaradan səbəblərdən biri də naməlumluqdur. İnsan bu günü və sabahında nə baş verəcəyi ilə bağlı çox düşünüb, hələ olmayan bir şeylərə görə narahatlıq keçirirsə, böyük bir enerjini buna xərcləyir. Biz indi elə dəyişik dövrdə yaşayırıq ki, bir həftə sonra nələr olacağını təxmin edə bilmirik. Stabillik azdır. Ona görə kütləvi olaraq stress içindəyik.
Bunu bilin ki, gələcək üzərində nəzarət, idarə etmək istəyi boş illuziyadır. Nə qədər çox biz gələcəyə kilidlənib, özümüzü inandırmağa çalışacağıq ki, bunu etsək yaxşı olar, bunu etməsək pis olacaq, bir o qədər əks reaksiya olacaq və orqanizmimizi məhv edəcəyik. Biz anlamalıyıq ki, naməlumluğa təsir edə bilmərik, onu sadəcə olduğu an qəbul etməliyik və gələcək uğrunda mübarizələrə son verməliyik.
Bunun əvəzinə enerjimizi bu gün faydalı bir işə sərf edə bilərik.
Streslə mübarizə üçün işdən sonra boş vaxtda özünüzə sərf edəcəyiniz və elə də ciddi anlamı olmayan istirahət saatları təyin edin. Təbiətə gedin, gəzin, dostlarınızla vaxt keçirin, kitab oxuyun, filmə gedin, kurslara yazılın. Yəni beyninizi bu günə aid olan real görüntü və zamanla doldurun.
Hər insanın güclü tərəfi var, onu tapıb o üzrə inkişaf edin. Əgər düşünürsüzsə ki, tək bacarmırsız, o zaman özünüzə zəif insan olmağa icazə verin. Bununla mübarizə aparmayın. Digər insanlardan, psixoloq, kouçlardan yardım istəyə bilərsiz.
Gələcək barədə plan və fikirləriniz bir ayı əhatə etməlidir, ondan o yana keçməməlisiz.
Bir ay üçün qarşısınıza kiçik məqsəd, planlar qoyun, onlara çatın, icra edin, 1 aya olmasa da, 2 aya bunları edin, o zaman gələcəklə bağlı narahatlığınız azalacaq. Beyin anlayacaq ki, konkretlilik daha vacibdir.
Depressiya və ümidsizliyin bir səbədi də uzun müddət evdə, eyni mühitdə yaşamaq, qalmaqdır. İnsan özünə baxmağı unudur, insanlarla ünsiyyətdən qaçır.
Bu məqamı qaçırmayın. Elə ki, evdə 1 həftədən artıq oturduğunuzu gördüz, təcili olaraq, küçəyə yola çıxın, harasa gedin.
- Gəzintiləri evdən xeyli aralı salın.
- Hər gün fərqli küçələrdə gəzin.
Daimi, xroniki stress insanı qocaldır, dərini solğunlaşdırır, qırışları artırır, üz əzələlərində gərginlik yaradır, kollagen sintezini azaldır.
Bunlara yol verməmək üçün qidanızı dəyişin, hər axşam 10-da yatağa girin, gündə 2 litr su için. Hər gün 2 dəfə səhər və axşam ən az 30 dəqiqə olmaqla təmiz havada gəzin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 979   Tarix: 24 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Qadınlarda "Alzheimer" riski daha yüksəkdir

Alzheimer və demensiya qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. xəbər verir ki, alimlər yeni tədqiqatlarda bu fərqə diqqət yetiriblər. Boston Universitetinin tədqiqatçıları 10-dən çox qadının genetik quruluşun

.

D vitamininin ziyanı üzə çıxdı

"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər". -a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya v

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq

Türkiyə Ticarət Nazirliyi tərkibindəki kimyəvi risklər səbəbindən bir üz və barmaq boyası məhsulunun bazardan yığışdırılmasına qərar verib.  xəbər verir ki, nazirlik tərəfindən edilən rəsmi açıqlamada, dəftərxana ləvazimatlar

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Göbələk yeməyini ikinci dəfə isidib yemək olmaz.  xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur: İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində "ya

turlar.az

geyim və ayaqqabılar sade makiyaj sekilleri gelinlikler kakos yaginin saca faydalari geyim seçimi abqoranin hazirlanmasi toyluq donlar 2026 kosmetika hakisda qiz evi ucun toyuq salati dieta birlik haqqinda