İnsanla meymunun cütləşdirilməsinin sonu nə oldu?

İnsanla meymunun cütləşdirilməsinin sonu nə oldu?2023-cü il çinli alimlərin insan və meymun hüceyrələrini birləşdirib, uğurlu nəticə almaları barədə xəbər yayılmışdı. 
Çin və ABŞ-dan olan tədqiqatçılar primat embrionlarına insan kök hüceyrələrini yeridərək ximer insan yarada bildiklərini qeyd edirdilər. Qanunla ximer embrionların yalnız 20 gün yaşamasına icazə verilir və təcrübə dayandırılır. Çünki insanla heyvanın genlərinin cütləşdirilməsindən yeni məxluq yaratmaq etik sayılmır. Lakin kim bilir, bəlkə də gizli laboratoriyalarda bilinməyən necə növ canlı yaşadılır. Çünki ximerlər barədə məlumatlar arabir dünya mətbuatında da yayılır.
Lakin çinlilər bu sahədə birinci deyillər. Düz 100 il öncə sovet bioloqları meymunla insanı cütləşdirmək üçün böyük vəsaitlər və zaman sərf ediblər.
Milli.Az lent.az-a istinadən həmin məlumatı təqdim edir:
1924-cü ilə qədər rus bioloq, professor İlya İvanov heyvan hibridlərinin yetişdirilməsində apardığı təcrübələr sayəsində elm aləmində ad çıxarmışdı. Atla eşşəyin cütləşməsindən yaranan qatırların çox dözümlü olması, 40 il ömür sürməsi alimi digər mələzlər yetişdirməyə həvəsləndirib.
İlya İvanov daha da irəli gedib, siçanları siçovullarla, dəniz donuzları ilə, antilopu inəklə, inəyi və bizonu və bəzi digər heyvanlarla çarpazlaşdıraraq nəsil əldə edə bilib.
Sovet Rusiyası üçün professor İvanov süni mayalanma prosedurunu təkmilləşdirən bir alim kimi xüsusilə dəyərli idi, bunun sayəsində bir ayğır mövsümdə 300-500-ə qədər madyanla cütləşdirib və bala alınır, təbii yolla cütləşmədə isə bu rəqəm 20-30-a bərabər olurdu. O dövr üçün at ordunun süvari polkunda istifadə olunurdu.
1924-cü ildə alim insanla meymunu birləşdirmək üçün təcrübələr aparmağa icazə alıb. O, Fransa Qvineyasının Kindiya stansiyasına yola düşüb. Meymunlar və insanlar üzərində gizli təcrübələr burada aparılıb. Bu məqsədlə alimə o zaman 10 000 dollar ayrılıb. Öncə şimpanzelər, daha sonra oranqutanlar üzərində təcrübələrə başlanılıb. Alim əvvəllər afrikalı zənci qadınlarla meymunları cütləşdirmək arzusuna düşübmüş. Deyilənə görə, Fransa hökuməti buna icazə verməyib. Amma kim bilir...
Çünki sonrakı mərhələdə alim Sovet İttifaqında  müxtəlif səbəblərlə həbsdə olan qadınların bu məqsədlə istifadə edilməsinə icazə alıb. Əvəzində məhbusu qısa müddətə azadlıq və yaxşı qidalanma ilə mükafatlandırırdılar. 1929-cu ildə "KQB" təcridxanalarında saxlanılan 5 qadından birinin könüllü razılaşması barədə sənədlər qalmaqdadır
Amma nə baş veribsə, 1930-cu ildə alimin elmi sirlərini fransızlara satması əsas gətirilərək işlərinə son verilib, o Qazaxıstana sürgün edilib. Düzdür, professor adı əlindən alınmayıb və institutda dərs deməyə davam edib. Amma Qazaxıstandan çıxışına  və sınaqlarına son qoyulub. İvanov 1932-ci ildə insult keçirərək ölüb.
Böyük zaman, vəsait sərf edərək apardığı təcrübələrin nəticələri isə sirr olaraq qalıb. Bəzi ehtimallara görə, onun təcrübələri nəticə verib, amma gizlədilib. Arxivlərdə o qədər gizli sirlər yatır ki...
Milli.Az

Xəbərlər     Baxılıb: 1319   Tarix: 20 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri kosmetik vasiteler hakışdalar sevinc tofiqqızı yaşıl çay fatimə fətəliyeva kosmetika novruz hakistasi qaynana efsaneler novruz bayramina aid hakisdalar burclər