İş həftəsinin ilk gününün şad xəbəri: Tarif Şurasının işıq və qazla bağlı qərarı ləğv edilir!

İş həftəsinin ilk gününün şad xəbəri: Tarif Şurasının işıq və qazla bağlı qərarı ləğv edilir!Prezident İlham Əliyevin göstərişi ilə Tarif Şurasının son qərarları ləğv oluna bilər.
Qadinsayti.az millixeber.com-a istinadən bildirir ki, hakimiyyətdəki mötəbər mənbədən məlumat daxil olub.

Əldə etdiyimiz bilgilərdə iddia olunur ki, ölkə başçısının xalqın narazılığına səbəb olan işıq və qazın bahalaşması ilə bağlı tapşırıq verəcəyi gözlənilir.

Mənbənin sözlərinə görə, hökumət daxilində Şuranın son qərarları ciddi narahatlıq və narazılıq doğurub. Hətta bu addımın özbaşına və mərkəzlə razılaşdırılmamış atıldığı vurğulanıb.

Sosial şəbəkələrdə və mediada cəmiyyətin son bahalaşma ilə bağlı narazılığı öz əksini tapmaqdadır. Eyni zamanda parlamentdəki bəzi deputatlar da dilə gəliblər.

İddialara görə, iqtidar rəhbərliyinin hər zaman olduğu kimi bu dəfə də humanist addım atacağı və məmurların özfəaliyyətinə son qoyacağı gözləntisi var.

Çünki işıq və qazın bahalaşması bütün sahələrdə təsirini göstərməkdədir. Həm iş adamları, həm təhsil ocaqları, həm sıravi vətəndaşların işinə ağır təsirləri var. Ona görə də dövlət rəhbərinin Şuranın qərarını geri götürmək barədə göstərişi barədə ehtimallar var.

"Mən həmişə xalqın dərdini bu zala gətirmişəm. Kimisə tənqid etmişəmsə bu şəxsi qərəzlə bağlı olmayıb".

Bu sözləri Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

Deputat bildirib ki, Tarif Şurası heç bir arqument və əsaslar olmadan qazın və işığın qiymətlərini qaldırıb:"Birinci Tarif Şurası ilə bağlı demək istəyirəm. Bu şura hansı arqumentləri əsas götürüb işığın, qazın qiymətini qaldırır?

Orada heç olmasa bir millət vəkili təmsil olunmalı deyilmi? Heç olmasa onu qaldıranlar bunun səbəbini izah etsin. Mən bu artımla heç razı deyiləm.

Deyirlər ki, bu qərar 62 faiz əhaliyə təsir göstərməyəcək. Mən bu rəqəmə inanmıram. Bu rəqəm cənab prezidentin apardığı uğurlu iqtisadi siyasətin nəticələri ilə düz gəlmir".

millixeber.com xəbər verir ki, ilin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.

Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. Qiymət artımları barədə ədalətsiz qərarın təsiri ilə ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayı sürətlə artacaq, digər bazarlarda da qiymətlər bahalaşacaq, bir çox istehsal və xidmət obyektləri sıradan çıxacaq.

Xəbərlər     Baxılıb: 2702   Tarix: 12 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

reseptler kosmetik vasiteler gözəllik məhsulları ordan burdan şəxsi inkişaf resept veremum kosmetika baldiza aid qiz adlari sac duzumleri gözəllik veten seirleri