İş yerlərində bu qaydalara əməl edilməlidir - Agentlik

İş yerlərində bu qaydalara əməl edilməlidir - Agentlikİş ərazisi müvafiq havalandırma qurğuları ilə təmin olunmalıdır. Həmin havalandırma sistemləri duman, qoxu, his və buxarlanmanı aradan qaldırmalı, temperaturu mühafizə etməli, toz, çirk və zərərvericilərin girişinin qarşısını almalıdır.
Milli.Az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, havalandırma qurğularının hissələrinin (filtrlər və digər hissələrin) mütəmadi təmizləmək və ya dəyişdirmək imkanının olması vacibdir.
Müəssisələr təbii və ya süni işıqlanma ilə işıqlanmalı, süni işıqlanma vasitələri xüsusi qoruyucu ilə qorunmalıdır. İstifadə olunacaq işığın şiddəti və rəngi qida istehsalı və qidanın xüsusiyyətlərinə mənfi təsir etməməli və iş yerlərini kifayət qədər işıqlandırmalıdır.
İş yeri daimi isti və soyuq içməli su ilə də təchiz edilməli və qida məhsulunun qızdırılma və ya soyudulması üçün istifadə olunan buxar və buz "içməli su" standartına cavab verməlidir. İstifadə edilən su çənlərinin yuyulub dizenfeksiya edilməsi və qeydiyyata alınması da mühimdir.
Qida məhsullarının istehsal və ya emal olunduğu ərazilər (ofislər və s. istisna olmaqla) qida məhsulları istehsalına uyğun gigiyenik tələblərə cavab verəcək formada quraşdırılmalıdır. Belə ki, döşəmə örtükləri möhkəm, dayanıqlı olmalı, su keçirməməli, sürüşkən olmamalı, təmizlənməsi sadə və dezinfeksiyaya uyğun olmalıdır. Örtüklər, həmçinin aşınmaya qarşı dayanıqlı və yuyula bilən olmalıdır. İstehsal sahəsində, həmçinin müvafiq say və ölçüdə tullantı su kanalı olmalıdır və kanallar qoxu yayılmasına və tullantıların geri qayıtmasına qarşı etibarlı, təmizləmə və dezinfeksiya edilə bilən olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1526   Tarix: 09 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler