İshal və qusma zamanı ilk yardım

İshal və qusma zamanı ilk yardımBöyüklərdə çox güclü olmayan ishal və qusma çox az hallarda həyat üçün təhlükəli hesab olunan vəziyyətin və xəstəliyin olmasını göstərə bilər.
Ancaq ishal və xüsusən də qusma sizdə kifayət qədər tez-tez baş verdikdə, həkim-qastroenteroloqa getməyi təxirə salmayın. Qastroenteroloq sizi müayinə etdikdən sonra lazım olduğu halda digər mütəxəssislərin də müayinəsinə göndərə bilər. Tez-tez baş verən qusma sinir sistemində olan bəzi xəstəliklərin əlaməti ola bilər!
İshal və ya diareya (yunanca "diarrheo" – "axıram" sözündəndir) – defekasiya aktının gün ərzində 2 dəfədən çox olmasıdır ki, bu zaman nəcis duru və ya horra şəklində olur. Diareya orqanizmdə əksər hallarda həzm sistemində hər hansı bir pozğunluğun olmasının əlamətidir. İshalın əsas səbəbləri aşağıdakılardır:
- bağırsaq infeksiyaları: dizenteriya, salmonellyoz, virus xəstəlikləri və s.;
- bu və ya digər qidaya qarşı olan allergiya;
- həzm sistemi orqanlarının xroniki xəstəlikləri (qastrit, kolit, enterit, pankreatit, hepatit və s.) ;
- kəskin zəhərlənmələr;
- nevrozlar, həyəcan, qorxu;
- bundan əlavə, səyyahların diareyası (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər) adlanan bir formanı da qeyd edirlər.
Böyüklərdə güclü olmayan diareya, 1-2 gün ərzində heç bir müalicə aparılmadan da öz-özünə keçib gedə bilər. Bu halda bağırsağı "bərkidən" dərmanlar qəbul edilməsi məsləhət görülmür. Əksinə, bu zaman bağırsağın diareyanı əmələ gətirən mikroblardan, allergenlərdən, toksinlərdən və s. zərərli faktorlardan öz-özünə azad olmasına imkan vermək lazımdır. Bunun öhdəsindən gəlmək üçün bağırsağa "kömək" göstərilməsi məqsədi ilə "smekta" preparatından istifadə etmək olar. Bu preparat həzm sisteminin selikli qişasını bağırsaqdakı mikroorqanizmlərin zərərli təsirindən qoruyur, toksinləri absorbsiya edərək (özünə hopduraraq) bağırsaqdan xaric edir. Əgər smekta olmazsa, 10 tablet aktivləşdirilmiş kömürü qaynanmış ilıq suda əzməklə xırdalayaraq, yaxşı-yaxşı qarışdırdıqdan sonra içmək olar.
Güclü olmayan diareya zamanı pəhrizə əməl edilməsi də müalicəvi təsir göstərir. Qidanı az miqdarda, ancaq daha tez-tez qəbul edin, yağlı, qızardılmış, duzlu qidalardan, qəhvə və süd, təzə meyvə və tərəvəzlərdən, ədviyyatlardan imtina edin. Bu zaman banan, suda bişirilmiş düyü, alma püresi, suxari, dovğa, yağsız yoqurt, buğda bişirilmiş alma qəbul edilməsi məsləhət görülür. Nar qabığı dəmləməsi, qaragilə kiseli, zoğal mürəbbəsi ilə çay, nanə dəmləməsi (2 çay qaşığı nanə + 1 stəkan qaynar su) bağırsağın "bərkiməsinə" kömək edir.
Diareyanın baş verdiyi aşağıdakı hallarda isə tez bir zamanda həkimə müraciət etmək lazımdır (xəstənin vəziyyətindən asılı olaraq "təcili yardım" çağırmaq və ya xəstəni xəstəxanaya aparmaq):
- güclü diareya güclü qusma ilə müşayiət olunduqda, xəstənin vəziyyəti göz qabağında ağırlaşdıqda;
- diareya 2 gündən artıq davam etdikdə;
- nəcisdə qan izlərinin görünməsi;
- nəcisin qara rəngdə olması;
- xəstə qarnında kəskin ağrı hiss etdikdə;
- hərarət kəskin şəkildə yüksəldikdə.
Qusmanın baş verməsinin ən çox təsadüf edilən səbəbləri: mədə-bağırsaq sisteminin xəstəlikləri, qida zəhərlənmələri, virus infeksiyaları, hamiləliyin toksikozları. Qusmanın baş verməsinin az təsadüf edilən səbəbləri: ürək xəstəlikləri, böyrək daşı xəstəliyi, miqren zamanı baş ağrısı, beyinin xəstəlikləri (şişləri və ya meningit). Qusma, adətən, hər hansı bir tibbi müdaxilə olmadan tez bir zamanda keçib gedir. Qusma zamanı aşağıdakı hallarda tez bir zamanda "təcili yardım" çağırmaq tələb olunur:
- qusma çox güclüdürsə və tez-tez təkrar olunursa;
- əgər güclü qusma güclü ishal ilə müşayiət olunursa;
- qusuntu kütlələrində təzə qan və ya öd (yaşıl rəngli maye) olarsa.
Bu zaman "təcili yardım" gələnə qədər xəstəyə tam sakitlik vermək, ona içməyə və yeməyə heç nə verməmək, qusuntuda qan qarışığı olduqda isə qarının üzərinə içərisində buz olan paket qoymaq lazımdır.
İshal və qusmanın təhlükəli olan, ancaq böyüklərdə, adətən, nadir hallarda təsadüf edilən fəsadlarından biri – orqanizmin susuzlaşmasıdır. Susuzlaşma zamanı insanın su-elektrolit balansı və nəticədə orqanizmin bütün funksiyaları pozulur.
Yüngül və orta dərəcəli susuzlaşmanın əlamətləri: susuzluğun kəskin artması, sidik ifrazının azalması (sidiyin rəngi tünd sarı və ya qəhvəyi rənq alır), ağızın quruması (ağız suyu yapışqan olur), dərinin çox quru olması, zəiflik, əzginlik, başgicəllənməsi, ürək döyünməsinin tezləşməsi. Yüngül və orta dərəcəli susuzlaşmanı ev şəraitində müalicə etmək olar. Bunun üçün xəstəyə orqanizmin balansını bərpa edən xüsusi mayelər (misal üçün, rehidron) içirtmək lazımdır. Bu preparatlar toz şəklində apteklərdə satılır. 1 qablaşdırma 1 l qaynanmış suda həll olunur. Hər qusma və ishaldan sonra xəstəyə 5-10 qurtum içizdirmək lazımdır (daha çox içilməsi məsləhət görülmür – bu, qusmaya səbəb ola bilər).
Orqanizmdə mayenin bərpa edilməsi üçün lazım olan məhlulu ev şəraitində də hazırlamaq olar: 1 çay qaşığı (üst səthi ilə bərabər) xörək duzu, 4 çay qaşığı səkər tozu, 1,5 çay qaşığı çay sodası qarışdırılır, uzərinə 1l su əlavə edilir, 2-3 dəq. qaynadıldıqdan sonra soyudulur.
Güclü susuzlaşma hətta ölümlə də nəticələnə bilər! Güclü susuzlaşma yalnız xəstəxana şəraitində vena daxilinə xüsusi məhlullar yeritməklə müalicə olunur. Güclü susuzlaşmanın əlamətləri – sidik ifrazının kəskin azalması, hətta tamamilə kəsilməsi, dərinin çox quru, isti olması, yüksək hərarət, huşun itirilməsi, qıcolmalar. Bu halda xəstəni vaxt itirmədən xəstəxanaya çatdırmaq lazımdır. Xəstənin vəziyyəti ağır olduqda dərhal "təcili yardım" çağırın.
Güclü susuzlaşma təhlükəli haldır. Bu səbəbdən onun profilaktikasını aparmaq lazımdır - susuzlaşmanın ilk simptomları meydana çıxan kimi, xəstəyə dehidratasiya (su balansının bərpa edilməsi) üçün xüsusi məhlullar içirtmək, güclü qusma və ishal olduğu zaman xəstəni tez bir zamanda xəstəxanaya çatdırmaq lazımdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2249   Tarix: 25 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

geymler 2026 yemek reseptleri qis geyimləri 2026 düzgün makiyaj qadın yumurta qabiginin xeyri sepsis xesteliyi kosmetika maya maskasi banan oğlan evine aid hakisda masturbasiya novruz bayramı haxışta