İslamdan əvvəl qadınların vəziyyəti

İslamdan əvvəl qadınların vəziyyətiQadınların ictimai vəziyyəti çox ağır idi. İstər Ərəbistanda, istər Avropada, istər Asiyadakı qadınların vəziyyəti heç də yaxşı deyildi. Qadın bütün hüquqlardan məhrum idi. Kişi istədiyi zaman onu boşayıb, istədiyi vaxt ala bilərdi. Qadına əşya kimi baxılırdı. Ailədə xidmətçi mövqeyində idi. Qadın kişinin malı idi, onun üstündə istədiyi ixtiyarı var idi. Qadının həyatı ərinin əlində idi. Onunla kölə kimi rəftar olunurdu. Qadın əvvəlcə atasının, evləndikdən sonra ərinin, əri öləndən sonra oğlunun əsiri idi. Ən mədəni olan Afinalılar arasında belə, qadın bazarda satılan, hərraca qoyulan, zövqə tabe alət idi.

Xristianlıq şəfqət və mərhəmət duyğularına çox böyük əhəmiyyət verirdi. Bütpərəstliyi yıxmaq üçün gəlmişdi. Ancaq işləri tərs gedirdi. Xalq ölülərin ruhuna səcdə edirdi.
İctimai həyatın pozulduğu, əxlaqın pozulduğu, fəzilət nizamlarının, cəmiyyət qayda-qanunlarının yox olduğu bir vaxtda Həzrəti Məhəmməd yeni bir din və nizam gətirdi. Həzrəti Peyğəmbərin İslam dinini təbliği üçün Allah tərəfindən göndərilməsindən əvvəl dünyanın vəziyyəti bu idi. İslamiyyət dərdli bəşəriyyətin xilaskarı olmuş və bəşəriyyətin möhtac olduğu hər şeyi gətirmişdir. Bu dində qadınların yeri möhtərəmdir. Qadına mərhəmət, hörmət əsasdır. Qadının da kişi kimi etiqad,əməl və əxlaqi hökmləri yerinə yetirməsi kimi borcları vardır. Yaxşılığa əməl etmək, pisliyi isə rədd etmək onun da borcudur. Kişilərə elm öyrənmək fərz olduğu kimi qadınlara da fərzdir. Qadın malı, nəfsi və varlığı üstündə istədiyi kimi istifadə haqqına malikdir. Heç kimin icazəsinə və müdaxiləsinə ehtiyacı yoxdur. Evlənmə, ticarət, kirayə verib-alma, bağışlama, əmanət etmə, şahid olma, şirkət qurma, vəkalət, bəraət edib təmizə çıxarma kimi bu qəbildən olan cəhətlərdə qadın islam hüququna görə kişi ilə eynidir.

Qadınların kişilərdən daha az miras alması (bunun səbəbi ailənin dolanışığının kişinin öhdəsində olmasıdır), iki qadının bir kişini şahid olaraq əvəz etməsi (şahidlik edən qadınların dözümləri zəif olduğu üçün), qadınların can, qan borcunun kişilərin yarısı qədər olması, onların sayının kişilərdən çox olması ilə bağlıdır. Bununla bərabər bəzi hallarda bir qadının şahidliyi ilə də hökm verilir. Burdan aydın olur ki, bir neçə məsələdə qadın ilə kişi arasında mövcud olan fərq, insan hüquqları cəhətindən deyil, qadınların xüsusiyyətlərinə görədir. Hətta, islam şəriətində qadınlar siyasi hüquqlara da malikdirlər. Həzrəti Peyğəmbər əfəndimiz onların da beyətlərini qəbul edirdi, qadınlar da rəy bildirirdilər.

Qisa desək, İslamiyyətdən əvvəl dünyanın heç bir yerində mənəvi dinclik və sakitlik yox idi. Şəhərlər dağıdılır, ölkələr xarabaya çevrilir, xətəlik və safalət artaraq dünyanı məhv edirdi. Cahan çox qaranlıq və qarışıq bir halda idi. Bütün ümidlər yəhudi və xristian dinlərinin gəlişini müjdələdiyi axırıncı peyğəmbərə qalmışdı. O gəldi və düyanı xilas etdi. İnsanlara isə müqəddəs "Qurani- Şərif"i miras qoydu.

Ailə və Uşaq     Baxılıb: 4176   Tarix: 26 fevral 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

yaz geyimleri 2026 kosmetoloq gozel gorunmek toy gecesi arıqlamaq bas ortuleri elm haqqında aforizmlər kosmetika vetene aid bayati ariqlamaq meseller hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz vətən haqqında bayatı