İstanbul terroru planlaşdıran şəxs məlum oldu – ŞOK DETALLAR

İstanbuldakı "Reina" gecə klubunda qətliam törədən qırğızıstanlı terrorçunun hadisədən sonra mindiyi taksidə zəng etdiyi şəxsin kimliyi məlum olub.
O, hücumu planlaşdıran "Yusuf Hoca" kod adlı terrorçuya zəng edib.
Polisi təcavüzkarın ailəsinə aparan xəbər isə Konyadan gəlib. Xəbər terrorçunun ailəsi ilə birlikdə Konyada yaşadığını ortaya çıxarıb. Aparılan araşdırmalar onun noyabrın 20-də həyat yoldaşı və iki uşağı ilə birlikdə Qırğızıstandan İstanbula gəldiyini müəyyən edib. Buradan avtomobil yolu ilə Ankaraya gedən terrorçu daha sonra – noyabrın 22-də Konyaya gəlib.
Ancaq terrorçunun İstanbul və Konyada daha əvvəllər də olduğu müəyyən edilib.
İddialara görə, terrorçunu Konyada hücumu planlaşdıran "Yusuf Hoca" kod adlı şəxs qarşılayıb və ikisi dekabrın 29-da İstanbula gəlib. "Yusuf Hoca" terrorçunu Zeytinburnuda bir evə yerləşdirərək yoxa çıxıb. Polis hazırda "Yusuf Hoca"nı axtarır.
Türkiyənin "Yeni Şafak" nəşrinin yazdığına görə, terrorçunun kod adı "Xorasani"dir. Terrorçunun həmçinin İŞİD-də "Əli Müslim Xorasani" kod adından istifadə etdiyi bildirilir. Onun hücumdan əvvəl və sonra ümumilikdə 8 taksidən istifadə etdiyi müəyyən edilib. Bütün taksilərin nömrələri müəyyən edilərək sürücülərdən ifadələr alınıb.(publika)
İstanbul terroru planlaşdıran şəxs məlum oldu – ŞOK DETALLARİstanbul terroru planlaşdıran şəxs məlum oldu – ŞOK DETALLAR

Xəbərlər     Baxılıb: 1494   Tarix: 04 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

geyim və ayaqqabılar geymler 2026 aksessuarlar masin sou qaynar qazan cümə gününün duası kabab reseptləri kosmetika aslan nagillar faydalı maskalar novruz bayramına aid bakışta usaq seirleri