İstanbul terrorunda ölən Nuranənin cənazəsi Bakıya gətirilib
İstanbulda terror hadisəsi nəticəsində dünyasını dəyişən əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi yanvarın 2-də gecə saatlarında Bakıya göndərilib.
Qadinsayti.az xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna Rusiyanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb: "Onun ailəsi də cənazə ilə bərabər Bakıya gedib".
Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, N.Həsənovanın cənazəsi dayısına təhvil verilib.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina" gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR