İsti havalarda su əvəzinə süd için
Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər.
həkimlərin sözlərinə görə, susuzluq hissi, ağız quruluğu, tünd rəngli sidik, başgicəllənmə, halsızlıq və baş ağrısı orqanizmdə maye çatışmazlığının əsas əlamətləridir. Belə hallarda suyu birdən-birə çox miqdarda deyil, kiçik qurtumlarla qəbul etmək tövsiyə olunur.
Mütəxəssislər xüsusilə soya südünün faydalı olduğunu qeyd edirlər. Tərkibindəki kalium və maqnezium orqanizmdə elektrolit balansını qorumağa kömək edir və mayenin daha uzun müddət saxlanmasını təmin edir.
Kokos suyu da yay aylarında faydalı içkilər sırasında göstərilir. O, tərləmə nəticəsində itirilən mineralları bərpa edir, əzələ spazmlarının qarşısını alır və orqanizmin nəmlənməsinə dəstək verir.
Mütəxəssislər vurğulayırlar ki, bütün bu içkilər faydalı olsa da, sağlam insanlar üçün əsas maye mənbəyi yenə də adi su olaraq qalır və digər içkilər onu tam əvəz etməməlidir.
Qeyd edək ki, Milli.Az-da yayımlanan sağlamlıq məlumatları yalnız məlumat xarakterlidir və həkim məsləhətini əvəz etmir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Müəllif: Nərmin Mahmudova(Milli.Az müxbir)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Elnarə Abdullayeva nənə olacaq
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır