İtalyanlar cavanlığın sirrini açdı: Əsas rolu...
İtalyan ekspertlərin fikrincə, insanın cavan qalmasında əsas rolu qida faktoru oynayır.
Axar.az xəbər verir ki, bu barədə "Lekko Notizie" jurnalı yazıb.
Jurnalın bildirdiyinə görə, İtaliya uzunömürlülərin sayına görə dünyada lider ölkələrdən biridir. Bu ölkədə kişilər orta hesabla 81, qadınlar isə 85 il ömür sürür. Məlum olub ki, bu ölkənin əhalisi qidanın keyfiyyətinə həssaslıqla yanaşır. Onların qida rasionu zülal, A və C vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.
Bundan başqa Apennin sakinləri spirtli içkilərdən az istifadə edir, siqaret çəkmir, şirin qazlı su içmir və əsasən yerli ərzaqlardan qida hazırlamağa üstünlük verirlər. Dietoloqlar vaxtından əvvəl qocalmaq istəməyənlərə hər gün ən azı 1,1 qram zülal qəbul etməyi məsləhət görürlər. Bu da əzələ kütləsini kifayət qədər qorumağa imkan verir.
Bundan əlavə, süd məhsulları, həmçinin fol turşusu ilə zəngin olan göyərti və kahı yemək tövsiyə olunur. Onların fikrincə, səhər yeməyi təxirə salınmamalıdır. Səhər qırmızı qreyfrutdan sıxılmış suyu içmək və bir ovuc qoz-fındıq yemək lazımdır. /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?