Karantinə rəğmən: Bu günlərdə gözəl qalmaq üçün nə etməli?

Karantinə rəğmən: Bu günlərdə gözəl qalmaq üçün nə etməli?Yaz və yay aylarında təbiətdə müxtəlif fərqliliklər müşahidə edildiyi kimi dəridə də müxtəlif reaksiyalar baş verir. Dəri yaz aylarında həssaslaşır. Bu vəziyyətdə dəriyə qulluq etmək mütləqdir. Əks təqdirdə dəridə allergiya, qızartılar, qabıqvermə, çatların əmələ gəlməsi və s. müşahidə edilə bilər.
Ancaq koronavirusla əlaqədar karantin rejimi səbəbilə, bütün gözəllik salonları, kosmetoloji salonlar fəaliyyəti dayandırıb. Yəni artıq dəriyə ev şəraitində qulluq etməliyik.
Kosmetoloq Səadət Bayramova deyir ki, yaz aylarında qadınlar dərilərinin təmizliyinə xüsusi üstünlük verməlidirlər.
"Buna "çistka" deyilir. Prosedur kosmetoloq tərəfindən aparılmalı olsa da, qadınlar evdə özləri dərilərini təmizləyə bilərlər. Ancaq təmizləmə zamanı vasitələrin düzgün seçilməsinə diqqət yetirilməlidir. Məsələn, yağlı dərilər daha çox yuyulmalı, quru dərilər üçün isə ağ yağlı kosmetik vasitələrdən istifadə etmək lazımdır", – deyən kosmetoloq bildirib ki, mütəmadi qulluq etməklə dəridə olan quruma, soyulma və qara nöqtələrin yaranmasının qarşısını almaq mümkündür.
Evdə dərini təmizləmək üçün bir neçə bitki çayından istifadə etmək olar: "Məsələn, kəklikotu və ya çobanyastığı dəmləməsi edərək, üzü bu çayın buxarına tutmaq lazımdır. Sonra dəridə olan xırda sızanaqlar xüsusi əlcək geyilərək sıxılır. Və üzə sabun çəkilərək masaj edilir. Bundan sonra üz isti su ilə yuyulur və nəmləndirici krem çəkilir".
Kosmetoloq bildirir ki, evdə pilinq də etmək mümkündür. Bunun üçün pambığı limon suyunda isladıb, azacıq şəkər tozu ilə üzü masaj etmək olar. Bu professional pilinq effekti verməsə də, dəridə olan ölü hüceyrələri təmizləyəcək.
"Düzdür yaşadığımız vəziyyət bizə stress də gətirir. Stress isə erkən qocalmaya səbəb olur. Bunun qarşısını almaq üçün qorxulu düşüncələrdən uzaq olmaq lazımdır. Eyni zamanda çox su içmək də dərini gözəlləşdirir", – deyə kosmetoloq vurğulayıb.
Onun sözlərinə görə, yuxu rejiminin pozulması dərini yaşlandıran əsas səbəblərdəndir. Buna görə də, yuxu rejimini nizamda saxlamaq lazımdır: "Evdə dərinizin təmiz olması üçün müxtəlif lasyon və maskalar hazırlaya bilərsiniz. Məsələn, limon suyu ilə üzü silmək dərini təmiz saxlayır. Dəriniz həssasdırsa, limon suyuna bal da əlavə edin. Bu qarışıq dərinizi canlandıracaq".
Üzün dərisini ölü hüceyrələrdən təmizləmək üçün zeytun yağı və şəkər tozu qarışığı da məsləhət görülür. Bu qarışıqla üzü 10 dəqiqə masaj etmək dərini təravətləndirəcək.
Kosmetoloqun fikrincə, xiyarın suyu da dərini təmizləmək üçün əsas vasitələrdən hesab edilə bilər: "Xiyarı sürtgəcdən keçirib, püre halına salın. Maskanı üzünüzdə 10 dəqiqə saxlayıb yuyun. Dəriniz canlanacaq və daha gənc görünəcək. Başqa bir maska isə bal və darçınla hazırlanır. İki çay qaşığı bala darçın əlavə edib, üzü bu qarışıqla masaj edin. Maska on dəqiqə üzünüzdə qaldıqdan sonra isti su ilə yuyun və nəmləndirici krem çəkin. Bu qarışıq üzdəki sızanaqların sağalmasına da yardım edir".
Kosmetoloq bildirir ki, bu günlərdə əsəb və stressdən gözaltında yaranmış kölgələrin aradan qaldırılması üçün dəmlənmiş çay və kartof nişastası çox faydalıdır: " Yeni çay dəmləyin, pambığı isladıb gözlərinizin üstünə qoyun. Bu proseduru yatana yaxın edin ki, prosedur bitdikdən sonra yatın. Və yaxud kartofu dilimləyib, gözlərinizin üstünə və altına qoyun. Nişasta gözaltında olan bütün qara kölgələri götürəcək". /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 3240   Tarix: 08 iyul 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

turlar.az

toy makiyajlari gozel gorunmek toy gecesi seks hekayəsi milli yemekler veten haqqinda insa oxsamalar kosmetika hakistalar baldiza aid veten haqqinda bayati baliq burcu qiz evi