Karantini pozanlar koronavirus xəstəxanalarında işlədilsin - Ədalət Rüstəm

Karantini pozanlar koronavirus xəstəxanalarında işlədilsin - Ədalət Rüstəm"5 aydan çoxdur ki, millətimiz, xalqımız və dövlətimiz SARS-CoV-2 pandemiyasından əziyyət çəkir. 500-dən artıq vətəndaşımız, o cümlədən bilavasitə COVID-19 xəstələrinin müalicəsində iştirak edən 39 həkimimiz, bir o qədər də orta və kiçik tibb işçiləri, texniki tibbi heyətin üzvləri bu virusun qurbanı olub. 40 minə qədər yoluxmuş insan xüsusi rejimli xəstəxanalarda müalicə olunub və olunur".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
O bildirib ki, təxmini hesablamalara görə, yüngül simptomlu azı 150-200 min insan evdə müalicə olunub: "Sonuncu rəqəmin azı 2 dəfə çox olduğunu iddia edənlər də var. Bu murdar xəstəlik və onun ağırlaşmalarından vəfat edən 39 həkimin yarısını şəxsən tanıyırdım, ikisi tələbə, biri iş yoldaşım idi. Hamısı da fəal əmək qabiliyyətli, gənc, cavan və orta yaşlı. 2 yaxın qohumum vəfat edib, biri hazırda reanimasiyadadır. Bacı və qardaşımın ailələrinin bütün üzvləri yoluxub və evdə uğurla müalicə olunublar. İşlədiyim xüsusi rejimli xəstəxanadan çıxan 10-a qədər meyiti öz gözlərimlə görmüşəm. Sayt və qəzetlərdə, internet TV-lərdə demək olar ki, hər gün bu mövzuda çıxışlar etmişəm. "Müstəqil Həkimlər Birliyi" şərti adlı birliyin yaradılmasının təşəbbüsçüsü və təsisçilərindən biriyəm. Birliyin hazırladığı və Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərdiyi 20 maddəlik təkliflər paketi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı, qısa müddətdə yarım milyondan artıq insan bəyəndi və dəstəklədi".
Həkim qeyd edib ki, birlik hazırda əhaliyə yönəlik tövsiyələr və məsləhətlər paketi üzərində işləyir. Məqsəd payız aylarında gözlənilən 2-ci dalğanın təsirlərinin və itkilərin mümkün qədər az olmasına nail olmaq üçün xalqımıza, dövlətimizə dəstək olmaqdır:
"Birliyimizin ikinci əsas fəaliyyət istiqaməti bu ağır infeksiyanın qurbanları olan həkimlərin, tibb və texniki tibbi işçilərin ailələrinin sosial müdafiəsinin daimi və normal gücləndirilməsi uğrunda fəaliyyət göstərməkdir. İnsanlarımızın bir hissəsini bu təhlükəli infeksiyanın və onun törətdiyi ağır xəstəliyin mövcudluğuna inandıra bilmədik. Onların müəyyən hissəsi yoluxdu və ətrafdakıları da yoluxdurdular, hazırda da yoluxdurmaqda davam edirlər. Bu günə qədər hər 5 ölümdən 4-ü bu insanların cahilliyi hesabına oldu.
4 ay əvvəl dediyimi bir daha təkrarlayıram. Əhalinin inanmayan hissəsinin inandırılmasının yolu karantin rejimini dəfələrlə pozanların, kobud pozanların, polisə tabe olmayanların və müqavimət göstərənlərin müəyyən müddətlərdə (30-100 saat) xüsusi rejimli koronavirus xəstəxanalarında sanitar, potter, texniki işçi və başqa formada işlədilməsindən keçir. Tam hüquqi əsaslarla və yerli məhkəmələrin qərarları ilə".
Akqabay

Sağlamlıq     Baxılıb: 2078   Tarix: 12 avqust 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

sac duzumleri gozel gorunmek geyim seçimi qazan kotleti zorlama səhnə günün kombini hicablı xanımlar kosmetika kahfe falı haxisda dovsan oğlaq uzeyir hacibeyli