Kariyesin təbii üsullarla müalicəsi – HƏKİM MƏSLƏHƏTİ
"Kariyesin yaranma səbəbi dişlərdə olan bakteriyalardır".
Bunu Metbuat.az-a açıqlamasında stomatoloq Rəna Məmmədova bildirib.
Həkimin sözlərinə görə, ağızda olan bakteriyalardan əmələ gələn bakteriya ərpi, şəkərli və unlu qidaların ağızda qalan artıqlarından turşu yarada bilir. Bu turşular, dişin minasını pozur və kariyes yaradır.
"Kariyesin yaranmasında irsi faktorların da rolu var. Ancaq kariyes yaradan əsas səbəb dişlərə düzgün gigiyenik qulluq edilməməsidir".
Kariyesin qarşısını almaq üçün ilk növbədə, dişlərə düzgün gigiyenik qulluq edilməlidir. Dişlər səhər-axşam, gündə 2 dəfə fırçalanmalıdır. Şəkərli və karbohidratlı qidalar yedikdən sonra ağız yaxalanmalıdır.
Valideynlər uşaqların dişlərini daim nəzarətdə saxlamalıdırlar, çünki uşaqlarda mina qatı çox nazik olur və kariyes daha tez əmələ gələ bilir.
Rəna Məmmədova onu da əlavə edib ki, dişlərdə kariyes əmələ gəlməməsi üçün kalsium tərkibli qidalardan istifadə edilməli, meyvə, tərəvəz, ağartıya üstünlük verilməlidir.
6 aydan bir stomatoloqa müraciət etmək vacibdir.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi