Keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?

Keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?Gündəlik həyatda 8 saatlıq iş rejimindən sonra yorğunluq yaranır. Ancaq bəzi insanlar heç nə etmədiyi halda da özünü yorğun hiss edir.
Diqqətin zəifləməsi, yuxu pozğunluğu, oynaq, əzələ, baş ağrıları və uzunmüddətli əzginlik hissi xroniki yorğunluğun əlamətləri sayılır.
Bu barədə məlumat verən həkim-terapevt Nahid Məhərrəmov deyib:
"Xroniki yorğunluq xəstəliklərdən hansınınsa əlaməti ola bilər. Məsələn, qalxanvari vəz, yaxud qan azlığı, fol turşusu, dəmir, kalsium, B12 və ya D vitamini çatışmazlığından ola bilər. Artıq çəkisi olanlar daha çox həmin problemdən əziyyət çəkirlər".
Altı aydan çox çəkən yorğunluq şikayəti xroniki yorğunluq sindromunun olduğunu göstərir. Əlamətləri isə özünü müxtəlif şəkillərdə büruzə verir. Bir çox hallarda həmin xəstələrdə depressiya əlamətləri olur. Bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki fəallığının azalması ilə əlaqədardır.
"Yorğunluq gecə yuxusuzluğu, rejimsizlik, qida qəbulunun normal olmaması ilə də əlaqədar meydana çıxa bilər. Problemi yoluna qoymaq üçün normal yuxu rejimini bərpa etmək, vaxtlı-vaxtında qidalanmaq, bol maye qəbul etmək və fiziki cəhətdən fəal olmaq lazımdır.
Xroniki yorğunluğun riskli tərəfi də var, onun vaxtında qarşısı alınmadıqda gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər.
Hansı xəstəlik xroniki yorğunluğa səbəb olursa, məhz ona qarşı müalicə tədbiri aparılmalıdır. Məsələn, bunun səbəbi qan azlığıdırsa, onu bərpa etmək, orqan narahatlığıdırsa, həmin orqanı müalicə etmək lazımdır",- deyə həkim-terapevt əlavə edib.
Xroniki yorğunluq əsasən 30-50 yaş arasında olanlarda müşahidə olunur. Uzun sürən yorğunluq hissi və əlamətlərinə qarşı qabaqlayıcı tədbirlər görərək xəstəlikdən qurtulmaq mümkündür.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1031   Tarix: 23 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim şəkilləri kosmetik vasiteler makiyaj instagram is qurmagin yollari bilincik resepti evim interyer hamilələrin qidalanması kosmetika aydin sani vətən həsrəti vetene aid bayatilar sperma novruz bayramina aid hakista