Kəhrəbanın möcüzəvi xüsusiyyətləri
Təbiətin nadir tapıntısı olan kəhrəba əsasən qəhvəyi, sarımtıl və bal rənglərində olur. Kəhraba əslində, eosen dövrünə (təxminən 50 milyon il əvvəl) aid olan ağacın bərkimiş şirəsidir. Bu bir neçə milyon ilə başa gəlmiş karbon, oksigen və hidrogen mürəkkəb birləşməsidir.Kəhrabanın daxilində hava, dəlik və kanallar olduğundan o, öz şəffaflığını itirir. Kəhrəba yanan maddədir. Cilalandıqdan sonra səffaflığı daha da artır. Kəhrəba yataqları Baltik dənizində mövcuddur. Dənizdə baş verən güclü fırtınalardan sonra sahilə kəhrəba parçaları çıxır. Dəniz kəhrəbaları digər kəhrəbalardan daha sərt və möhkəm olur.
Kəhrəbadan olan bəzək əşyalarından heç bir xanım imtina etməz. Mavi, qara və yaşıl kəhrəbalar da olur ki, bunlar həddindən artıq azdır.
Keçmiş dövrlərdə kəhrəba tək qiymətli daş hesab olunmurdu, ondan həmçinin gözdəymənin qarşısını almaq üçün də istifadə edirdilər. Kəhrəbadan düzəldilmiş məişət əşyaları da göz oxşayır.Kəhrəbadan hazırlanmış fincanlarda çay içmək orqanizm üçün faydalıdır. Fincandakı çay kəhrəba turşusu ilə qarışır və bu da öz növbəsində orqanizmi təmizləyir.
Kəhrəba bədən temperaturunu stabilləşdirir, allergiya kimi dermatoloji problemlər üçün dərman kimi istifadə olunur. Bel və oynaqlardakı ağrı nöqtələrinin, eləcə də təzə şişlərin üzərinə kəhrəba sürtdükdə yaxşı təsir göstərir. Kəhrəba həm də qanaxmanın ən yaxşı əlacıdır. Qalxanvari vəzin müalicəsində istifadə edilir. O, həm də mədənin qüvvətləndirilməsi üçün də faydalıdır. Kəhrəbanın çoxlu maqnit enerjisi olduğundan miqren, əsəb xəstəlikləri və beyinlə əlaqəli olan xəstəliklər üçün çox xeyirlidir.


















8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq