Kəkələmək insanı ömrü boyu izləyir

Kəkələmək insanı ömrü boyu izləyirKəkələmək insanı ömrü boyu izləyir

Kəkələmək danışmanın axıcılığı və ritminin, dayanmalar, təkrarlar, uzatmalarla və çox vaxt bunlarla müşayiət olan bədən hərəkətləri ilə kəsilməsidir. Kəkələmənin miqdarı və şiddəti, fərqli mühitlərdə, gündən-günə, hətta eyni gün içərisində belə dəyişə bilər. Danışarkən çətinlik yaşayan, səlist, maneəsiz danışa bilməyən minlərlə kəkələyən insan var. Adətən, bununla üzləşən adamlar həyata ümidsiz baxır, özünü cəmiyyətdən təcrid edir, ünsiyyətdən qaçır, daim yalnızlığa çəkilirlər.

Psixoloq Mətanət Həsənovanın sözlərinə görə, uşaqlar artıq üç yaşında rahat danışa bilirlər. Onlar hər gün maraqlı yeniliklərlə tanış olur və öz təəssüratları ilə bölüşmək istəyirlər. Əvvəlcə qırıq, anlaşılmayan səslər, sözlər deyən uşaqlar normal halda üç yaşında danışırlar. Lakin bəzən onlar sözü deyə bilmir və ya unudur, bu səbəbdən də danışanda pauzalar edir, sözləri təkrarlayırlar. Bəzən söyləmək istədikləri sözü tapa bilmir, ya da tələffüz edərkən bəzi səhvlər edirlər. Çox vaxt bu cür danışıq "inkişaf kəkələməliyi" adlandırılır. Danışıqda olan bu qüsurlar uşaqda yeddi yaşına qədər müşahidə olunur, sonra isə tədricən keçir. Lakin bəzən bu qüsurlar uşağın nitqində qalır, müalicə olunmadıqda isə daha da ağırlaşır.

Kəkələmənin son dərəcə ciddi bir problem olduğunu bildirən psixoloq məsləhət görür ki, bu qüsurun başqa adamlarda da olduğunu dərk etməyiniz çox vacibdir. "Düşdüyünüz bu vəziyyətə görə özünüzü günahkar hiss etməməlisiniz. Ona görə ki, siz və ya sizin övladınız kimi dünyada bununla üzləşən minlələrlə insan var. Bunu dərk edib nitqdəki qüsuru aradan qaldıra bilərsiniz".

Çox vaxt uşaqların kəkələməyinə valideynər adi baxır, bunun tədricən keçəcəyini düşünürlər. Bəzi hallarda kəkələmə həqiqətən də tədricən keçsə də, bir çox hallarda insanı ömrü boyu izləyir. Onu da nəzərə almaq lazımdır ki, kəkələmə erkən dövrdə müdaxilə edildiyində daha asan nəzarət altına alına bilən bir problemdir. Çünki uşaq böyüdükcə öz danışığına dair hissiyatı artır. Bundan başqa, ictimai ətrafı genişlədikcə daha çox insan onun danışmasındaki fərqliliyi hiss edir, uşaq da buna görə sıxılır. Nəticədə daha çox kəkələməyə başlayır. Məsələn, məktəbdə kəkələyən uşaqlar dostları tərəfindən lağa qoyulur, hətta bəzən onları danışdırmır. Nə qədər acı olsa da, uşaqlar bəzən qəddar olur və kəkələyən uşaqları özləri ilə ünsiyyətdən uzaqlaşdırırlar. Uşaq da kəkələməmək üçün əlləşdikcə daha çox kəkələyir. Bu səbəbdən də uşaqlar ictimai yerlərdə danışmaqdan imtina edirlər. Uşaqlar böyüdükcə onlarda komplekslər də formalaşmağa başlayır.

Kəkələmək müxtəlif insanlarda özünü fərqli göstərə bilər. Kəkələmə zamanla dəyişə və ağırlaşa da bilər. Belə ki, bəzən olduqca axıcı bir şəkildə danışan adam, bəzən danışanda həddindən artıq çətinlik çəkir. Ola bilsin ki, insan otaqda tək olanda, yüksək səslə danışanda hər şey qaydasında olur, özünü rahat hiss edir, kəkələmir. Lakin bəzi hallarda kəkələməyə başlayır.

Kəkələmə arada bir olanda bu, çox böyük problemə çevrilmir. Lakin danışığın hər gün daha da çətinləşdiyini hiss etmək insanı özündən çıxarır. Bu zaman insan aqressiv davranmağa başlayır.

Qeyd edək ki, bəzi insanlar kəkələməyi özünə problem etməz, kəkələsə də, danışmağa davam edərlər. Bəziləri isə kəkələməyə nifrət etdiyi üçün çox vaxt susmağı üstün tuturlar. "Nitqinizdəki qüsuru qəbul etməməyiniz, ona nifrət etməyiniz kəkələməkdən qorxmağınıza səbəb olar. Kəkələməkdən qorxduqda, bu səbəbə görə kəkələməyinizi gizlətməyə çalışdıqda gözlərinizi qırpar, istədiyiniz fikri söyləyə bilmək üçün xoşagəlməz üz ifadələrindən istifadə edərsiniz. Kəkələdiyinizi anladığınız anda sözünüzü yarımçıq kəsib sizin söyləmək istədiyinizi başqalarının tamamlamasını gözləyirsiniz. Bu zaman "aaaaa", "ııııı", "yəni" kimi səs və sözlərdən istifadə edərsiniz. Ona görə də kəkələməyi özünüzə kompleks etməyin".

Bəs kəkələmə nəyə görə baş verir? Psixoloqlar bildirirlər ki, insan psixoloji səbəblərə görə kəkələməyə başlayır. Bəzi adamlar kəkələmənin səbəbinin həddindən artıq qorxu, kədər və ya həyəcan olduğuna inanırlar. Lakim mütəxəssislər hesab edirlər ki, heç bir uşaq və ya yetkin şəxs nədənsə qorxduğu və ya kədərləndiyi üçün kəkələməz. Düzdür, bu kimi səbəblər kəkələməyə meylli olan insanlarda kəkələməni qıcıqlandıra və ya şiddətləndirə bilər.

Bəzən kəkələyən insanlar yanlış olaraq ümidsizliyə qapılır, bunun heç vaxt keçməyəcəyini düşünürlər. Hal-hazırda çox fərqli müalicə üsullarından istifadə olunur və kəkələyən uşaqlar bu üsullardan faydalanır. Kəkələyən uşaqlar çox vaxt böyüdükdən sonra müalicə aldıqlarını və nə vaxtsa kəkələdiklərini belə xatırlamırlar. Lakin yetkinlik dövrünə qədər heç bir müalicə görməyən fərdlərdə qısa müddət ərzində kəkələmənin qarışısını almaq olmur.

Sağlamlıq     Baxılıb: 3162   Tarix: 02 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

geyim şəkilləri geyim necə seçməli gozel gorunmek kişi sağlamlığı yaglarin faydasi uşaqları tərbiyə soyuqdəymə kosmetika qiz evi haxista usaq seirleri rəksanə insan englishdilində qulaq