Kimlər mütəmadi olaraq tibbi maskalardan istifadə etməlidir?
Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs mütəmadi olaraq Maskalardan istifadə etməlidir.
Publika.az-ın məlumatına görə, bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.
Bundan əlavə, metodik göstərişdə tibbi maskalardan ümumi istifadəyə dair digər qaydalar da qeyd edilib:
- Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı
boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır;
- İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;
- Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə
toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);
- Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz
yuyulmalıdır;
- Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;
- Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;
- Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət
etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadə
üçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır. Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir;
- Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və
kənarlaşdırılması vacibdir.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı