Kişilər bu tip baxımlı qadınları olduqca çox bəyənir

Kişilər bu tip baxımlı qadınları olduqca çox bəyənirKişilər bu tip baxımlı qadınları olduqca çox bəyənir

Makiyaj

Burada da onlar təbiiliyə və bir daha təbiiliyə üstünlük verirlər. Düzdür, parlaq dodaq boyası olar. Ancaq hər gün yox, hansısa özəl mərasim və ya günlər üçün. Süni uzadılmış kirpiklər, çox ağardılmış dəri, parıltılı dodaq boyası yolverilməzdir. Bu siyahıya həddindən çox süni qaraldılmış dəri və qəribə rəngli dodaq boyası da daxildir. Xüsusilə əgər dodaqlar silikonludursa.

Dəb — rənglər, formalar hər mövsüm dəyişir. Dəb çox kaprizli, ərköyün bir anlayışdır. Ancaq kişilər üçün bu dəyişikliklər o qədər də önəmli deyil. Çünki bu dəyişikliklər güclü cinsin nümayəndələrini o qədər də cəlb etmir. Onlar klassikləşmiş formalara üstünlük verirlər. Bəs, kişilər qadınlarda nəyin necə olmasını istəyir?

Saç düzümü

Kişilərin hit paradında uzun saçlar — çiyindən aşağı olanlar üstünlük təşkil edir. Saçlar təbii, gözəl, təmiz və havalı olmalıdır. Onlar saçın rənginin təbii olmasını xoşlayırlar. Kişilərin fikrincə, haçalanan saç ucları, qeyri-sağlam rəng tonları (badımcanı, narıncı və sairə), oğlan kimi qısa saç kəsimləri ancaq iri gözləri olan nadir incə qızlara yaraşa bilər. Çoxluq isə adıçəkilənlərdən uzaq qalaraq, klassik formalara üstünlük versə yaxşıdır.

Manikur

Qulluq edilmiş, təbii görünüşlü, orta uzunluqda olan dırnaqlar cəlbedicidirlər. Dırnaqlar boyalı olsa daha yaxşıdır. Amma boyanın üzərində şəkillər və bəzəklər olmasın. Caynağa oxşayan, həddindən artıq uzun, ucu iti, üzəri isə şəkilli dınaqlar güclü cinsin nümayəndələrinə o qədər də xoş təsir bağışlamır.

Paltar

Kişilər qadınları onlara xas olan paltarlarda, kostyum, gecə libasları, hətta cins və adi koftada da görməyi sevirlər. Bir şərtlə — paltar bədənin formasına uyğun olmalıdır. Ən əsası odur ki, geyim harmoniya təşkil etsin, səliqəli olsun. Mövsümə uyğun olmayan geyimlər, məsələn, qışda qısa toplar, yazda xəz ancaq zövqsüzlük kimi qəbul edilir. Kişilər həm də qısa şalvarlara- briclərə, həddindən artıq dar şalvarlara, bəzəkli kolkotqalara, əfqan şalvarlarına, üzərində yazılar olan maykalara da yaxşı baxmırlar.

Ayaqqabı

Açıq bosonojkalar, orta ölçülü dabanı olan tuflilər, uzun qış ayaqqabıları - bir sözlə, köhnə dəbin formaları kişilər üçün kifayətdir. Əlbəttə ki, qeyri-adi görünüşlü uqqi, kobud botinkalar, platformalı ayaqqabılar və sairə.

Aksesuarlar

Stilli kulonlar, bilərziklər, klassik çantalar, kiçik sırğa və qulluq edilmiş əllərdəki üzüklər kişilərin ağlını başından ala bilər. İri ağır sırğalar, üzün yarısını tutan eynəklər, praktik olmayan kiçik çantalar, külli miqdarda qızıl, zinət əşyaları kişilərdə ikrah hissi yarada bilər.

Fiqura

Qadına xas gözəl, idmançı bədəni kişilər sevir. Çəki o qədər də vacib olmasa da, yaxşı olar ki, forma proporsional olsun. Qabağa çıxan qarın, iri ayaqlar, piy qatlarını nəinki kişilər, heç qadınlar da xoşlamırlar. Bundan daha pisi ancaq anoreksiya ola bilər. Bir dəri bir sümük olan, rəngi solan qadınlara kişilərin ancaq yazıqları gəlir. Belələrinə onlar ancaq yemək verərək, yatızdırmaq istəyirlər.

Gözəllik və Moda     Baxılıb: 3136   Tarix: 01 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari sac duzumleri vətən haqqında atalar sözləri kişi dünyası cins salvarlar facebook qarağatın faydaları kosmetika haxışda ziyafet geyimleri qiz evi haxista aslan lakonizm