Kişilərdə yaranan prostat kistası haqqında

Kişilərdə yaranan prostat kistası haqqındaProstat kistası prostat vəzi toxumasında maye ilə dolu və divar və möhtəviyyatı olan patoloji boşluqdur. Prostat vəzi kistasına kişilərin 8-20%-də rast gəlinir. Ümumilikdə isə prostatın müalicəsi bu törəmənin yaranmasına gətirib çıxaran səbəblərə əsaslanmaqla aparılır.

Prostat vəzi kistasının növləri və yaranma səbəbləri

Yaranma səbəblərinə görə aşağıdakılar bir-birindən fərqləndirilir:

Yalançı kistalar. Onlar prostat vəzi axarının sıxılması və ya arasının kəsilməsi zamanı yaranır. Nəticədə prostat vəzinin payı genişlənir və maye ilə dolur.
Həqiqi kistalar - Bu kistaların yaranması prostat axarlarının bağlanması ilə əlaqədar olmayıb əksər hallarda prostat vəzi xəstəliklərində (prostatit, şişlər və s.) yaranır.

Yaranma xarakterinə görə:

Anadangəlmə prostat kistası Müller kanallarının inkişafındakı qüsurlar nəticəsində yaranır və istənilən yaşda aşkar oluna bilir. Prostat vəzi kistalarının bütün növlərinə nisbətdə anadangəlmə prostat kistasının payına 8% düşür.
Qazanılmış (retensiya) prostat kistası prostat vəzi kistalarının növləri arasında ən çox rast gəlinən xəstəlik olmaqla çox vaxt yaşlı şəxslərdə qeydə alınır. Bu, prostatın axarının sıxılması və ya çox xırda daşla, şişlə və ya çapıqla arasının kəsilməsi üzündən baş verir. Axarda yığılan sekret tədricən onu dartır və yapışqan boz-sarı, bəzən də rəngsiz maddə ilə dolu olan kista yaradır. Həmin kista çox vaxt tək olur və onun ölçüləri 2-3 sm-dən çox olmur. Lakin təbabətdə olduqca böyük ölçüdə və daxilində 1 litrdən çox maye olan kistaya da rast gəlinir. Infeksiya düşdükdə, irinləmə və abses yarana bilər. Böyük ölçülü kistalar prostat toxumalarının atrofiyasına və sklerozuna gətirib çıxara bilir.

Kistanı necə müəyyən etməli?

Prostat vəzində kistoz törəmələrin yaranması çox vaxt müəyyən sipmtomlarla müşayiət olunur. Kista balaca ölçüdə olduqda, toxumaları çox sıxmır və sipmtomlar da çox ifadəli olmur və ya ümumiyyətlə simptomlar qeydə alınmır.

Prostat kistası zamanı ən tez-tez rast gəlinən simptomlara aiddir:

Tez-tez və ağrılı sidik ifrazı
Urogenital nayihədə, kürəyin aşağı hissəsində, düz bağırsaq zonasında müxtəlif intensivli ağrılar
Erkən və ağrılı boşalma
Cinsi zəiflik
Bədən temperaturunun yüksək olması

Diaqnostika

Yalnız subyektiv şikayətlərə görə diaqnozu təyin etmək mümkün deyil. Bunun üçün aşağıdakı spesifik diaqnostika metodlarından istifadə etmək tələb olunur:

USM. Prostatitin USM vəzin quruluşu, habelə onda kistanın olub-olmaması, onun ölçüləri, yerləşməsi və strukturu haqqında mühüm informasiya verir. Müəyyən hallarda, prosedurla bağlı müəyyən diskomforta baxmayaraq, transrektal USM və barmaqla müayinə metodları da istifadə olunur.
Qanın, spermanın, sidiyin və prostat vəz şirəsinin laborator müayinəsi
Kistanın möhtəviyyatının punksiyası və müayinəsi

Prostat kistasının müalicəsi

Müşahidə. Kista əlamətlər olamadan təsadüfən aşkar edilərsə və onun ölçüləri 2 mm-dən çox deyildirsə, bu halda müalicə kista üzərində nəzarət və onun ölçülərinin diaqnostikasından ibarət olur.
Dərman preparatlarının təyin edilməsi. Preparatlar kistanın yaranmasına gətirib çıxaran səbəblərdən asılı olaraq təyin edilir, yəni preparatların köməyi ilə kistanın özü yox, onun yaranmasına səbəb olan amil müalicə olunur.
Punksiya. Kista böyük ölçüdə olduqda və sidik ifrazı pozulduqda, kistanın punksiyası edilir.
Sklerozlaşdırma. Kistanın boşluğuna kistanın sklerozlaşmasına (yapışmasına) səbəb olan preparat yeritməklə həyata keçirilir.
Cərrahi müdaxilə. Kista böyük ölçüdə olduqda və ya irinləməyə başladıqda, onu cərrahi yolla yarırlar.

Prostat vəzi kistasının profilaktikası

Prostatda kistoz törəmələrin yaranmasının qarşısını almaq üçün aşağıdakı sadə qaydalara əməl etmək lazımdir:

Sidik kisəsi dolu olarkən ağırlıq qaldırmamalı
Soyuqdan qorunmalı
Sidik kisəsini vaxtına boşaltmalı
Mümkün qədər alkoqol və kofedən istifadə etməməli
Urogenital nayihədə hər hansı simptom olduqda, vaxtında müayinədən keçməli
Cinsi yolla keçən infeksiyaları vaxtında müalicə etməli
Mütəmadi olaraq cinsiyyət sistemi yoxlanmalı (müayinələr edilməlı), xüsusən də prostat vəzinin USM-i edilməlidir.

Bu sadə qaydalara əməl etməklə prostat kistasının yaranma ehtimalını, habelə müalicə almaq zərurətini azaltmaq olar. Uğurlar!

Androloq-seksopatoloq Dr.Orxan Ağabəyov

Sağlamlıq     Baxılıb: 5965   Tarix: 08 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

geyim şəkilləri geyim necə seçməli gozel gorunmek kişi sağlamlığı yaglarin faydasi uşaqları tərbiyə soyuqdəymə kosmetika qiz evi haxista usaq seirleri rəksanə insan englishdilində qulaq