Koksaki virusu və onun əlamətləri

Koksaki virusu və onun əlamətləriUşaqlar arasında yayılan və səpgilərlə müşahidə olunan infeksiyalardan biri də Koksaki virusudur. Həmin infeksiya ilə xəstələnən uşaqlar karantində qalmalıdırlar. Həmin infeksion xəstəliyə, adətən, 3-10 yaş arası uşaqlar yoluxur. Virus yoluxucu olduğuna görə, əsasən tənəffüs yolu, yaxın təmas, çirkli məhsullar və əllər vasitəsilə ötürülür.
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Erkin Rəhimov deyib: "Koksaki 5 yaşından kiçik uşaqlarda özünü ağız ətrafında, ağızın içində, əllərdə və ayaqlarda səpgilərlə büruzə verən virusdur. Həmin virusla xəstələnənlərin şikayətləri əsasən yüksək qızdırma, halsızlıq, baş ağrısı, yuxululuq, iştahasızlıqdır. Bunlarla yanaşı, xəstələrdə səpgilər də müşahidə edilir. Həmin səpgilər təxminən 2-5 gün davam edir".
Həkimin dediyinə görə, Koksaki virusu ölkəmizdə də var, lakin epidemiya halında deyil. Xüsusən qış aylarında rast gəlinən "influenza" və Koksaki kimi xəstəliklərə uşaqlar bağça və məktəblərdə daha çox yoluxurlar, çünki bəzi valideynlər övladlarını təhsil müəssisələrinə tam sağalmadan göndərirlər.
Koksaki xəstəliyinə südəmər körpələrdə nadir hallarda rast gəlinir, çünki yenidoğulmuşlarda təbii qidalanma ilə əlaqədar möhkəm immunqoruma mexanizmi formalaşır ki, bu da xəstəliyin qarşısını alır. Əslində, Koksakinin xüsusi müalicəsi yoxdur. Sadəcə olaraq, çoxlu maye qəbulu əsas şərtdir. Xəstəlik 3 gündən artıq davam edərsə, uşaq həkim nəzarətində olmalıdır, əks halda fəsadlar yarana bilər.
Qeyd edək ki, son dövrlər uşaqlar arasında müxtəlif virus infeksiyaları, xüsusilə də "influenza" virusu ilə yoluxma geniş yayılıb. Ona görə də uşaqların hansı virusla xəstələndiyini dəqiqləşdirmək üçün həkim müayinəsindən keçmək və təyinatı üzrə müalicə almaq tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1566   Tarix: 21 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

yay kolleksiyasi sade makiyaj sekilleri gelinlikler yuxu yozmalar həyat tərzi yaz salatlari paltar modelleri kosmetika qoğalın nağlı masturbasiya nedir lakonizm qiz evi ucun pehriz