Korona haqqında hər kəsin bilməli olduğu 9 FAKT - Süni yaradılan virusdurmu?

Korona haqqında hər kəsin bilməli olduğu 9 FAKT - Süni yaradılan virusdurmu?Koronavirus sözü bizi istəmədən həyəcanlandırır və gərginlik yaratmağa başlayır. COVID-19 pandemiyası insanlar arasında qorxu və təşvişə səbəb olmağa davam edir. Dünya əhalisinin daha çox qorxuya düşən hissəsi koronavirus infeksiyasını araşdırmadan, heç bir elmi məlumatlara söykənmədən onun haqqında yanlış informasiyalar yayır. Bu da yeni tip virusla bağlı bir çox miflərin meydana gəlməsinə gətirib çıxarır.
Virusoloqlar, infeksionistlər ümumi çaxnaşmanı aradan qaldırmağa və korona ilə əlaqəli ən populyar suallara cavab verməyə çalışırlar.
Publika.az bu yazıda oxucuları Rusiyanın Avropa Tibb Mərkəzinin təcili yardım şöbəsinin müdiri Aleksandr Dolenkonun COVID-19 haqqında açıqladığı vacib faktlarla tanış edib:
Genetika mühəndislərinin yaratdığı süni virus
Yalandır. Mütəxəssislərin fikrincə, gen mühəndisliyinin hazırkı inkişaf mərhələsində virusun hər hansı təcrübi məqsədlər üçün süni şəkildə hazırlandığını asanlıqla ayırd etmək olar. Belə ki, bu tip koronavirusda alimlər süni RNT hissəciklərini müəyyənləşdirməyib. Bu, COVID-19-un təbii mənşəyə sahib olduğunu göstərir.
Antiseptiklər virusları öldürür
Bəli, ancaq alkoqolun yüksək konsentrasiyası olan keyfiyyətli antiseptik bunu etməyə qadirdir. ÜST bildirir ki, əllərin sabunla düzgün yuyulması (əlləri ən azı 30 saniyə yaxşıca yaxalamaq lazımdır) bu mövzuda daha təsirlidir.
Koronavirus fekal-oral yolla yoluxur
Yalandır. Həkim Dolenko deyir ki, koronavirusun bu şəkildə ötürülməsinə dair heç bir dəlil yoxdur. Koronavirus hava və ya təmas yolu ilə ötürülür: yoluxmuş insanın ağzından ətrafa yayılan tüpürcək və ya bəlğəm hissəcikləri ilə. Zərərli bakteriyalar əllərin dərisinə, müxtəlif səthlərə yayılır, sonra da zəncirvari reaksiya ilə dodaqların, burun və gözlərin selikli qişalarına daxil olur. Beləliklə, virus ötürülür.
Qrip vaksinasiyası koronavirus xəstəliyinin riskini artırır.
Yalandır. Qrip peyvəndi koronavirus riskini artırmır və bundan qorumur.
Koronavirus infeksiyasına yoluxan insanlar iybilmə qabiliyyətini itirir
Doğru deyil. Rus infeksionistlər bu faktı təsdiq etmirlər.
Antibiotiklər koronavirusdan qoruyur
Yalandır. Antibiotik qəbul etməklə koronavirusa yoluxmağın qarşısını almaq mümkün deyil. Antibakterial dərmanlar bədəndə koronavirus infeksiyasının inkişaf ehtimalına təsir etmir, bu vəziyyətdə gücsüzdür.
Lateks əlcəklər COVID-19-dan qoruyur
Yalandır. Birdəfəlik əlcəklər viral infeksiyadan tam müdafiəni təmin etmir, əksinə, onlarla əllərin işləmə tezliyi azalır. Bundan əlavə, bu vəziyyətdə əlcəkli insan tərəddüd etmədən əlləri ilə üzünə və selikli qişalarına toxuna bilər.
Lateks əlcəkləri antiseptik məhlullarla silib yenidən istifadə etmək olar
Olmaz! Alkoqol lateksin maneə funksiyasını azaldır. Odur ki, lateks əlcəkləri antiseptiklərlə silmək faydasızdır.
İonlaşdırıcı şüalar koronavirusu məhv edir
Yalandır. Koronavirus və digər infeksiyalara qarşı mübarizədə ionlaşdırıcıların effektivliyini təsdiq edən elmi fakt yoxdur.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2606   Tarix: 07 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

toy gecesi toy makiyajlari həkim məsləhəti toyuq yeməkləri seks xarici ailə psixoloqiyası aksesuarlar kosmetika baldıza aid hakışta sekisler gulmeli hakista rus dili qizliq perdesi