Koronavirus haqqında bu günə qədər bilmədikləriniz: Ən çox bu saatlarda yoluxur, 10 gün sonra isə...

Koronavirus haqqında bu günə qədər bilmədikləriniz: Ən çox bu saatlarda yoluxur, 10 gün sonra isə...Yeni tip koronavirus epidemiyasında infeksiyanın yoluxma faktlarının 44%-i xəstəliyin simptomlarını göstərməyən daşıyıcılar vasitəsilə reallaşır. Yoluxmanın ən çox baş verdiyi zaman isə əlamətlərin ortaya çıxmasından 1-2 gün əvvəl olur.
Publika.az xəbər verir ki, bu iddialar "Nature Medicine" dərgisində yayımlanan çinli elm adamlarının araşdırmasında yer alıb.
Məqalədə bildirilib ki, sınaq üçün 21 yanvar-14 fevral dövründə Çinin Xuançou şəhərindəki 8 nömrəli xalq xəstəxanasına yerləşdirilən 94 xəstənin simptomların ortaya çıxdığı tarixdən etibarən 32 gün boyunca burun və ağızlarından alınan nümunələr araşdırılıb.
Araşdırmada əldə edilən nəticələr virusun genetik material miqdarının simptomların ortaya çıxdığı ilk gün ən çox olduğu, 21 gün ərzində isə miqdarın azaldığı müşahidə edilib. Bu proses infeksiyaya yoluxan şəxsin immun sisteminin müdaxilə edib simptomları ortaya çıxarmadan əvvəl virusun çoxaldığını göstərir.
İnfeksiya qaynağı və virusa yoluxduğu dəqiq olan 77 nəfərin analizi insanların virusa ən çox yoluxduğu zamanı hesablamağa imkan verib. Elm adamlarına görə, yoluxma simptomlar ortaya çıxmadan 2-3 gün əvvəl başlayır və xəstəlik özünü büruzə vermədən 0,7 gün əvvəl limitə yaxınlaşır. Virus ən çox günorta saatlarında birindən digərinə keçir.
Sürətli və kütləvi yayılmasının səbəbi
Bənzər nəticələr alman mütəxəssislərin də araşdırmasında əldə edilib. Bununla birlikdə, xəstələrin ağız və burunlarından götürülən nümunələrdə təsəvvür edilməyəcək miqdarda virus aşkarlanıb. Bunun tənəffüs yolları infeksiyası daşıyan xəstələrlə müqayisədə 1000 qat daha çox olduğu ifadə edilir. Bu durum da yeni tip koronavirusun niyə bu qədər kütləvi və sürətlə yayıldığını qismən açıqlayır.
Xəstəliyin başlanğıcından 10 gün sonra virusun yoluxuculuğu azalır
Ümidləndirici bilgilər verən araşdırmaçılar xəstəliyin başlanğıcından 10 gün sonra virusun yoluxuculuğunun azaldığını müşahidə edib. Bu isə immun sisteminin SARS-CoV-2 hüceyrələrinə qarşı ifraz etdiyi antikorlar sayəsində baş verir.
Əldə edilən nəticələrdən biri isə xəstəliyin simptomları görülən xəstələrin əlamətlərin olmadığı şəxslərə nisbətən daha çox yoluxucu olmasıdır.
Zümrüd

Sağlamlıq     Baxılıb: 2157   Tarix: 21 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

yaz geyimleri 2026 qadin sayti yay geyimləri 2026 hakışta xınayaxdı sözləri qan qruplari haqqinda melumat bizim mətbəx atalar sözləri kosmetika novruza aid hakışta 8 mart namiq qaraçuxurlu qadin saglamlig vicdan