Koronavirus uşaqlarda hansı ciddi xəstəliklərə yola aça bilər?

Koronavirus uşaqlarda hansı ciddi xəstəliklərə yola aça bilər?Türkiyənin tanınmış professoru, uşaq infeksion xəstəlikləri üzrə mütəxəssis Mehmet Ceyhan koronavirusun uşaqlarda 1-ci tip diabet xəstəliyinə yol aça biləcəyini deyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusən ABŞ və Avropada yüzlərlə xəstənin, çox sayda uşağın olduğunu qeyd edən professor koronavirusun fəsadlarından söz açıb.
"Virus hər sistemi saxlaya biləcəyi üçün uşaqlarda da 1-ci tip diabetə səbəb ola bilər. Anormal immun reaksiya ilə mərkəzi sinir sistemində, yəni beyin, ürək, ağciyər, tiroid, mədəaltı vəzi və hətta reproduktiv orqanlarda dəyişikliklərə səbəb ola bilər. Bunlar uzunmüddətli diabet kimi ağırlaşmalara gətirib çıxarır. Artıq bilirik ki, infeksiya hər orqana təsir edə bilər", - ekspert qeyd edib.
Həkim onu da bildirib ki, mədəaltı vəzi təsirləndikdə nəticələri bir neçə il sonra üzə çıxır:
"Odur ki, növbəti illərdə faizlərə baxmaq lazımdır. Valideynlər özləri və övladları üçün COVID-19-dan qorunmağa çalışmalıdırlar. Multisistemli iltihab xəstəliyinin müalicəsi yoxdur. Koronavirusu müalicə edən hələ də təsirli dərman yoxdur. Xüsusilə uşaqların müalicəsində bəzi dərmanların əks təsiri olduğu üçün onları istifadə etmirik. Beləliklə, yalnız bir üsul var - mümkün qədər tövsiyələrə əməl edərək xəstəliyin uşaqlara ötürülməsinin qarşısını almaq. Üstəlik, koronavirusun uşaqlarda hansı fəsadlara yol açması sonrakı illərdə bəlli olacaq".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1939   Tarix: 26 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

qadin dunyasi yemek reseptleri kosmetoloq sidik ifrazı sistemi nagillar arvaddan icaze kagizi tecavuze ugrayan qadinlar kosmetika novruz bayramı haxışta sirin qogal brusell bakteriyası ariqlamaq burcler haqqinda