Koronavirus xəstələri niyə dad və iybilmə duyğsunu itirir və müalicə şansı nə qədərdir? - Professor açıqladı

Koronavirus xəstələri niyə dad və iybilmə duyğsunu itirir və müalicə şansı nə qədərdir? - Professor açıqladıKoronavirusla bağlı vəziyyət getdikcə "Yerdəki son sevgi" filmini xatırladır. Gizli virusa yoluxduqdan sonra filmin qəhrəmanları əvvəlcə qoxu, daha sonra dad bilmə duyğusunu, sonra isə eşitmə qabiliyyətini itirməyə başlayırdı... Artıq COVID-19 ilə birlikdə bir çoxunun dad duyğusunun zəifləməsindən şikayətlənməsi bizim üçün adi hal alıb.
Milli.Az xəbər verir ki, bu yaxınlarda COVID əlamətlərinin sırasına eşitmə zəifliyi də daxil eidlib. Bunu London Universitet Kolleci və Kral Milli Boğaz, Burun və Qulaq Xəstəxanasının alimləri irəli sürüb.
Seçenov Universitetinin qulaq, boğaz və burun xəstəlikləri klinikasının direktoru, professor, tibb elmləri doktoru Valeriy Svistuşkin koronavirusun iybilmə və dadbilmə duyğularına təsiri və bu cür fəsadlarla müalicə yollarından danışıb.
- Koronavirus duyğularımıza tam olaraq necə təsir edir, bu cür fəsadlar necə müalicə olunur və tam sağalma şansı nə qədərdir?
- Yeni koronavirus bizim üçün tapmacalar yaratmağa davam edir. SARS-CoV-2-nin qulaq-burun-boğaz sisteminə digər tənəffüs viruslarından fərqli olaraq daha çox təsir etdiyi ortaya çıxdı. Hüceyrələrə səthlərindəki spesifik bir reseptordan yapışaraq daxil olur. Bu cür reseptorlar bədənimizin müxtəlif orqan və toxumalarında olur: burun və boğazın selikli qişası, ağ ciyər, ürək, böyrək və s. Eyni reseptorlar məlum olduğu kimi, həssas eşitmə hüceyrələrində də mövcuddur. Bunlar qoxu və səs dalğalarının ilkin qəbulundan məsul olan sinir toxumasının hüceyrələridir. Koronavirus tərəfindən bu hüceyrələrin işinin pozulması xəstələrdə qoxu və eşitmə duyğusu problemlərinin yaranmasına səbəb olur.
Seçenov Universitetində COVID-19-da qoxu duyğusunun itirilməsi fenomeni ilə bağlı bir araşdırma apardıq. Nəticələr koronavirus infeksiyası olan xəstələrin 70-75% -nin qoxu hissinin azalmasından, hətta tamamilə itirilməsindən əziyyət çəkdiyini göstərdi, buna anosmiya deyilir. Bəzən bu xəstəliyin gedişində rast gəlinən yeganə simptomdur.
- Qoxu duyğusunun itməsinə daha çox COVID-in daha yüngül formalarında rast gəlinir?
- Xeyr, müşahidələr bunu təsdiqləmir. Daha doğrusu, xəstəliyi ağır keçirən insanlar sadəcə qoxu olmamasına əhəmiyyət vermir. Onlar üçün başlıcası rahat nəfəs ala bilməsinin təmin olunmasıdır.
Qoxu duyğsunun itirilmə mexanizminə gəlincə, qərbli həmkarlarımız bunu müəyyənləşdirib. Hər şey olduqca mürəkkəbdir. Sadə dildə desək, qoxu hüceyrələri dəstək hüceyrələri ilə əhatə olunub, onlar qoxu hüceyrələrinin normal fəaliyyətini təmin etməkdən məsuldurlar. Son məlumatlar göstərir ki, dəstəkləyici hüceyrələr bəzən zədələnir ki, bu da qoxu hüceyrəsinin öz fəaliyyətinin pozulmasına səbəb olur.
Bu vəziyyət bizdə ağırlaşmaların necə müalicə ediləcəyinə dair ciddi bir problem yaradır. Virus qoxu hüceyrələrinin özlərinə təsir etsəydi, yaxşılaşdırmaq üçün hormonal antiinflamatuar dərmanlar və digər məlum müalicə metodlarını tətbiq etmək olardı. Təəssüf ki, infeksiya bəzi xəstələrdə (5-10%-ə qədər) qoxu hissinin geri dönməməsinə gətirib çıxarır. Hər halda altı aylıq müşahidələr boyunca qoxu duyğusu bu xəstərlərdə bərpa olmayıb. Odur ki, xəstələrin müalicə yolları səhiyyənin araşdırmalı olduğu əsas mövzulardandır.
- Tez-tez eşidirik ki, koronaviruslu xəstələrdə burun axması digər qrip və kəskin tənəffüs yoluxucu virus infeksiyalarından fərqlidir. Tədqiqatınızda bunu müşahidə etdinizmi?
- COVID-19 infeksiyasında heç bir qanunauyğunluq görmədik. Bəzilərində yalnız klassik burun axıntısı ola bilər, bəzilərində - burun tıxanması, bəzilərində isə yalnız qoxu duyğusunun itməsi. Yeri gəlmişkən, boğaz ağrı COVID-19 yoluxmalarının ən az üçdə birində rast gəlinir.
- Digər respirator viruslarda qoxu duyğsunun itirilməsi baş verir?
- Əlbəttə. Ancaq orada vəziyyət COVID-19-dan köklü şəkildə fərqlənir. Kəskin respirator xəstələrində qoxu hissinin azalması ən çox qoxu hüceyrələrinin işindəki pozğunluq səbəbindən deyil, sadəcə burun seliyinin ödemi və iltihabı səbəbindən baş verir. Bu tamamilə fərqli bir mexanizmdir. Koronaviruslu xəstələrdə bənzər bir hal görmədik.
COVID-19-da eşitmə zəifliyinin yayılması ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən görünür. Bu cür xəstələr hələlik çox azdır. İngiltərə və Misirdə təxminən 20 xəstə haqqında belə məlumatlar var. Virusun eşitmə zəifliyində nə qədər "günahkar" olduğu, eşitmə hüceyrələrini nə dərəcədə təsir etdiyi araşdırılmalıdır. Bunu öyrənmək lazımdır.
- Bu risk kimlərdə daha yüksəkdir?
- Bu sahədə heç bir araşdırma aparılmasa da, COVID-19-da eşitmə qabiliyyətinin itirilməsi riski əvvəlcədən meylli faktorlara sahib olanlarda artır. Hipertoniya, ateroskleroz, diabet və ürək-damar xəstəlikləri də risk altındadır.
 Dadbilmə duyğusu niyə yox olur?
- Bu, birbaşa iybilmə duyğusunun pozğunluğu ilə əlaqəlidir. Bir insan qoxuları qəbul etmədikdə bütün yeməklər ona dadsız görünür. Bunu açıq şəkildə təsdiqləyən testlər var. Yemək yeyərkən gözlərinizi və burnunuzu bağlasanız, onda yeməklərdəki fərqi hiss edə bilməzsiniz. Dadbilmə duyğusu birbaşa qoxu hissi ilə əlaqəlidir. İybilmə qabiliyyəti pozulursa, dadbilmə instikti də əziyyət çəkməyə başlayır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1719   Tarix: 22 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

maskalar qis geyimləri 2026 toy makiyajlari qadindunyasi körpəyə qulluq qarasin qizlar ucun makiyaj qrip və soyuqdəymə kosmetika oglaq pehriz burclər masturbasiya novruz bayramına aid hakışda