Koronavirus yayda yox olacaqmı? - Səhiyyə Nazirliyinin rəsmisi açıqlayır
Koronavirus insan orqanizmində 14 gündən 27 günə qədər qala bilir.
Publika.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin nəzdində Elmi Şuranın üzvü. professor İlhami Çelik deyib.
Onun sözlərinə görə, virusa yoluxub sağalan insanın ikinci dəfə yoluxma ehtimalı olduqca azdır: "Antikorun yaranıb-yaranmadığını ölçmək üçün texniki imkan yoxdur. Antikorun mühafizə durumunu da bilmirik. Hər kəsdə antikor yaranıb-yaranmadığını da bilmirik. Hələ ki, plazma metodu ümidverici görünür. Müalicə olunduqdan sonra insanın immun sistemi zəifləmir. Bu xəstəliyə qalib gəlibsə, onsuz da, immun sistemi normal səviyyədədir. Hələ ki, ikinci dəfə yoluxan xəstə görmədik. Virusun 14 gün yaşadığını bilirik. Amma insanın sağalma müddəti 3-6 həftə davam edir. 27 gün səbrli olmaq lazımdır deyə düşünürəm".
İ.Çelik havanın istiləşməsi ilə virusun azalacağanı ehtimal edir: "Afrikada infeksiyaya yoluxma qitə hüdudlarından kənardan gələn insanlar sayəsində çoxalıb. Orada bu dövrdə epidemiya yarana bilər. İsti havada isə bunun mümkün olmayacağı qənaətindəyəm. Virus işıqdan tez təsirlənir və ölür. İstiliyin də qrip virusuna bənzər şəraitə uyğun gəldiyini nəzərə alsaq, isti mövsümlərdə koronavirusun olmayacağını düşünürəm".
Zümrüd









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar