Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU - Məşhur professor AÇIQLADI

Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU - Məşhur professor AÇIQLADITürkiyəli infeksionist, məşhur professor Oğuz Karabay koronavirusdan qorunmaq üçün əlləri tez-tez yumağı və spirtli dezinfeksiyaedici maddələrdən istifadə etməyi tövsiyə edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis Çində meydana gələn və dünyada böyük qorxu yaratmış koronavirus haqqında açıqlama yayıb.
"Koronaviruslar illərdir tanıdığımız, soyuqdəymə nəticəsində gözlərdə selikli qişalara yapışan, burun və boğazda əmələ gələn viruslardır.
Koronavirusların əsas mənbəyi heyvanlardır. Odur ki, infeksiyalar insanlara birinci heyvanlardan ötürülür. Məsələn, dəvə və yarasalar kimi müxtəlif heyvanlar bu infeksiyaları insanlara ötürə bilər. Bu virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-cu ilin dekabr ayında qəbul edildi. Virusun heyvanlardan insanlara yoluxduğu düşünülür. Virus insanların tənəffüs yollarında infeksiyaya səbəb ola bilər. Bəziləri düşünür ki, virusa hər yoluxan reanimasiyaya düşəcək və ya öləcək. Bəzi insanlarda ölümcül ola bilər, ancaq əldə edilən məlumatlar göstərir ki, virusa yoluxan 100 adamdan 98-i ölümcül deyil".
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU - Məşhur professor AÇIQLADIProfessor qeyd edib ki, odekolon ən asan əldə edilən spirtli dezinfeksiyaedicidir:
"Təbii ki, infeksiyası önləmək üçün hər cür tədbirləri almalıyıq. Hər cür tədbirləri yerinə yetirin, əlləri tez-tez yuyun. Hazırda Türkiyədə bu virusa yoluxan yoxdur, amma xəstəlik aşkarlanarsa, maska ​​taxmalı və gigiyenik qaydalara əməl etməliyik. Virusun ən asan yayılma yollarından biri kirli əllərdir. Əllərimizi su və sabunla 20 saniyəyə yumalı və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə təmizləməliyik. Türk cəmiyyətində çox gözəl bir vərdiş var - əlləri odekolonla silmək. Odekolondan tez-tez istifadə etməyi məsləhət görürəm, lakin təşvişə düşmək lazım deyil. Odekolon bu virusların yayılmasının qarşısını alan təsirli üsuldur. Çünki bunlar zəif viruslardır və alkoqol kimi əl dezinfeksiyaedicilər sayəsində dərhal ölürlər.
Hal-hazırda A və B qripləri bütün dünyada səyahət edir, odur ki, hamımız istənilən vaxt qripə yoluxa bilərik. Qripdən qorxuruqmu? Xeyr. Qrip "koronavirus" kimi bəzi xəstələrdə ölümcül ola bilər. Hər ikisindən qorunmağın yolları eynidir. Gigiyena, xəstə və halsız görünənlərdən uzaq olmaq və maska ​​taxmaq kifayətdir".
Məlumat üçün bildirək ki, koronavirusun yeni növü ilk dəfə 12 dekabrda Çinin Vuhan şəhərində aşkar edilib. Çin rəsmiləri virus nəticəsində bu günə qədər 259 insanın öldüyünü bildirib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar qlobal bir fövqəladə vəziyyət elan edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2516   Tarix: 01 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

makiyaj etmek qaydalari yaz geyimleri 2026 geyim seçimi xalq təbabəti donlar yay ucun 2026 geyim kolleksiyasi usaq oyuncaqlari kosmetika nizami gencevi klitor salam vətən həsrətinə aid bayatılar zencefil