Koronavirusla qripi ayırd edən test hazırlanır - Nazirlik hərəkətə keçdi
Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirus pandemiyasının ikinci dalğasının yayılma ehtimalına qarşı hərəkətə keçib.
Publika.az xəbər verir ki, mərkəz bu istiqamətdə koronavirusla mövsümi qripi eyni anda test edə bilən, dolayısı ilə bir-birinə çox bənzəyən simptomları ayırd edən test kiti hazırlamaq niyyətindədir.
Mərkəzin idarəçisi Ceonq Eun-Kyeonq koronavirusla mövsümi xəstəliklərin ortaq simptomlara malik olduğuna, pandemiya ilə mübarizədə onları bir-birindən ayırd etməyin əhəmiyyətinə toxunub.
Sözügedən testin diaqnoz üçün lazım olan müddəti qısaldacağı da bildirilir.
Test kiti Qida və Dərman Təhlükəsizliyi Nazirliyinin təsdiqini gözləyir. Təsdiqin qrip mövsümündən əvvəl alına biləcəyi vurğulanır.
Qeyd edək ki, koronavirusun ən çox görülən simptomlarından olan qızdırma, öskürək və halsızlıq həm də qripin əlamətləridir.
Zümrüd









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR