Koronavirusun gənclər üçün təhlükəsi: Sağalandan 4 ay sonra...
Koronavirus infeksiyasının uzunmüddətli gedişatı müxtəlif orqanlara təsir göstərir.
Publika.az xəbər verir ki, bu, ingilis alimlərin fikridir və onların araşdırmalarının nəticələri "MedRxiv.org" portalında yayımlanıb.
Mütəxəssislər xəstəliyin uzunmüddətli gedişatının aşağı riskli insanların orqanizminə təsirini araşdırıblar. Sağalandan 4 ay sonra gənclərdə ürək və ya mədəaltı vəzin zədələnməsi aşkar edilib. Bundan əlavə, xəstəlik böyrəklərin, qaraciyərin və dalağın işini pozur, bir neçə aydan sonra bəzi xəstələrdə təngənəfəslik, əzələ sancıları və baş ağrıları meydana gəlir.
"Eyni zamanda, bu cür zərərin qalıcı olub-olmadığını müəyyənləşdirmək hazırda mümkün deyil. Bu, yalnız bir müddət sonra bəlli olacaq", - mütəxəssislər qeyd edib.
Gənclərə idmanla məşğul olmaq və xəstəlikdən sonra arıqlamaq tövsiyə olunur. Bədən kütləsi indeksi yüksək olan insanların orqanının zərər görmə riskinin daha çox olduğu qeyd edilir.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir