Koronavirusun müxtəlif səthlərdə yaşama müddəti tapıldı - 3 saatdan 3 günə qədər...

Koronavirusun müxtəlif səthlərdə yaşama müddəti tapıldı - 3 saatdan 3 günə qədər...ABŞ alimlərinin apardığı araşdırmalar nəticəsində koronavirus haqqında qəribə məlumatlar ortaya çıxıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər koronavirusun hansı səthlərdə nə qədər yaşadığını araşdırıb.
Ömrü 3 saat və 3 gün arasında dəyişir!
Tədqiqatda koronavirusun səthlərdə yaşama müddətinin 3 saatla 3 gün arasında dəyişdiyi məlum olub. Virusun nə qədər yaşaması səth xüsusiyyətləri ilə yanaşı, temperatur və rütubət kimi amillərdən asılıdır.
Koronavirus yük qutuları kimi karton səthlərdə 1 günə qədər, paslanmayan polad səthlərdə 3 günə qədər, mis səthlərdə 4 saata qədər yaşaya bilər.
Koronavirus havada 3 saata qədər, həmçinin masa və qapı qulpları kimi hamar səhtlərdə uzun müddət yaşaya bilər.
Pul, saç, parça kimi məsaməli səthlərdə isə daha az qalır.
Milli Səhiyyə İnstitutlarının məlumatlarına görə, koronavirus yüksək rütubətli, orta temperatur, aşağı külək və sərt mühitləri sevir. Lakin istiliyinin artması virusun ömrünü də qısaldır. Koronavirusla bağlı elmi araşdırmalar yeni olsa da, dəqiq müddətlərini bilmək üçün araşdırmaların davam etdirəcəyi gözlənilir.
Mövzu ilə bağlı İzmirin qida mühəndisləri bildirib ki, qida məhsulları ilə koronavirus xəstəliyinə yoluxmaq mümkün deyil, qida istehsal edən müəssisələrdə çalışan işçilərin gigiyena şərtlərinə uyğun olması vacibdir.
Viruslar qidada çoxalmayan və dolayısı ilə məhsulların xarab olmasına səbəb olmayan mikroorqanizmlərdir. Avropa Qida Təhlükəsizliyi Təşkilatı, ABŞ Qida və Dərman Təşkilatı və ABŞ Kənd Təsərrüfatı Departamenti tərəfindən aparılan araşdırmalar virusun qida yolu ilə yoluxmadığını ortaya qoysa da, virusların səthlərdə müəyyən bir müddət ərzində qaldığı bildirilir. Odur ki, qidaların istehsalı, hazırlanması, saxlanması, satışı və istehlakında yaxşı gigiyena qaydalarına riayət etmək vacibdir.
Qida istehsal edən müəssisələr və işçilərin əməl etməli olduğu qaydalar aşağıdakı kimi sıralanıb:
İstehsaldan əvvəl, sonra və istehsal zamanı, çiy bitki və heyvan qidaları ilə təmasdan sonra, yeməkdən əvvəl və sonra, tualetdən sonra, ev və vəhşi heyvanlarla təmasdan sonra, zibilə toxunduqdan sonra, xəstə ziyarətindən əvvəl və sonra, yara müalicəsindən əvvəl və sonra, burun təmizlənməsindən, öskürək və ya asqırdıqdan sonra əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və birdəfəlik kağız dəsmallarla qurudulmalıdır.
Alış-verişdə çiy və bişmiş qidaları, həmçinin qida olmayan məhsullar eyni çantaya qoyulmamalıdır, çeşidləmə prosesini düzgün yerinə yetirmək lazımdır. Çiy qidalara təmas edən edən bütün məhsullar uyğun yuyucu və isti su ilə yuyulmalıdır.
Milli Sağlamlıq İnstitutu (NIH), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), Prinston Universiteti və UCLA-nın tədqiqatçıları tərəfindən aparılmış və "The New England" tibbi jurnalında dərc olunan araşdırmada deyilir ki, yeni növ koronavirus (Covid-19) öskürək və ya asqırma sonrası havada damcılar şəklində 3 saata qədər qala bilər.
Xatırladaq ki, mütəxəssislərin virusun ötürülməsindən qorunmaq üçün əlləri gün ərzində tez-tez 20 saniyə yumağı, eyni zamanda, əllərin üzlə təmasından çəkinməyi tövsiyə edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2227   Tarix: 22 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

yemek reseptleri geyim dəbləri yay kolleksiyasi hekayələr sevgi baliq qulagi ekzema xəstəliyi uzdeki qara noqteler kosmetika hakisdalar vətənə aid bayatılar naz mila haxisdalar pizza