Koronavirusun "sevimli orqanları
İnsan orqanizmində SARS-CoV-2 patogeninin xüsusilə "sevdiyi" 3 orqan var.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, söhbət tənəffüs orqanı, həzm orqanı və ifrazat vəzisindən gedir.
Ölümcül virusdan ən çox təsirlənənlər məhz onlardır.
Bu məlumatı rusiyalı infeksionist Yevgeni Timakov verib.
Mütəxəssis ilk növbədə ağciyərləri qeyd edib.
Onların koronavirusa qarşı həssaslığı COVID-19-un törədicisi tərəfindən çoxalma üçün istifadə olunan çoxlu sayda reseptorların olması ilə əlaqədardır.
Həkimin sözlərinə görə, SARS-CoV-2 üçün ikinci "sevimli" orqan bağırsaqdır.
Bu orqanın işi pozulubsa, immunitet sistemi ilə bağlı problemlər yaranır. Nəticədə, orqanizm üçün patogenlə mübarizə aparmaq çox çətinləşir.
Bu "reytinqdə" şərti üçüncü yeri qaraciyər tutur.
Həkim qeyd edib ki, koronavirus infeksiyası həm də immunitet sistemində ciddi problemlərə yol açır.
Xəstəliyin immunoloji yaddaşa təsirindən ötəri xəstənin orqanizmi digər infeksiyalarla daha pis mübarizə aparmağa başlayır. Nəticədə, insanın yeni xəstəliklərlə qarşılaşma ehtimalı artır.
Milli.Az /news.milli.az









Çox təhlükəli VİRUS: Yeni karantin qapıda
D vitamininin ziyanı üzə çıxdı
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır
Ramazandan sonra necə qidalanmaq lazımdır?
Guya irad bildirib, özünü ağıllı göstərməyə ehtiyac yoxdur
Efirlərdən küsmüşəm' - Aşıq Əli
Təəssüf ki, aktyorlar kölgədə qalıblar' - Əməkdar artist
Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ
Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər