Körpə anasını necə tanıyır?

Körpə anasını necə tanıyır?Körpələr doğulanda onların iybilmə hissiyatı kəskin şəkildə inkişaf etmiş olur.

Altı günlük, hətta bəzi tədqiqatlara görə 3 günlük körpələr öz analarının döşlərini yad anaların döşlərindən fərqləndirə bilirlər. Bu məhz iybilmə nəticəsində əldə olunur. Maraqlısı odur ki, yenidoğulan məməlilər analarının bir neçə döşü olduğu halda spesifik iyə malik olan döşə daha çox üstünlük verib onu əmirlər. Döşlərdən gələn bu iyin olması o qədər vacibdir ki, əgər o iylər dəyişdirilsə, körpələr ölə bilər. İy vasitəsi ilə onlar analarını tapıb, əmə bilir və öz həyatda qalmaq şanslarını artırırlar.

Bəzi heyvanlara xas olan bu xüsusiyyətlər eyni ilə insan balalarına da aid etmək olar. Elə bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı analara əmizdirmədən qabaq və ondan sonra döşlərini yumağı tövsiyə etmir. Areola (giləətrafı dairə) altında Montqomeri adlandırılan vəzilər var. Bu vəzilərin ifrazat kanalları giləətrafı hissədə yerləşərək kiçik qovurcuqlar şəklində yer alırlar.

Montqomeri vəzilərinin xüsusi rolu haqqında müxtəlif versiyalar irəli sürülür. Bəzi alimlər bu vəzilərin ifrazat nəticəsində lipoid (piy əmələ gətirmə) faktora malik olaraq areolanı quruluqdan qorumasını və zəif antibakterial xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Bu səbəbdən döşün tez-tez yuyulması həmin giləni və onun ətrafında olan hissəni quruluqdan qoruyan piy təbəqəsinin pozulmasına və həmin hissədə çatların və digər problemlərə gətirə bilər.

Ehtimal olunur ki, uşağın iybilmə reseptorları Montqomeri vəzilərinin ifraz etdiyi xüsusi maddəni seçə bilir. Bu iylər böyüklər tərəfindən hiss olunmasa da, körpələrin incə iybilmə duyğusu onu təyin edə bilir. Beləliklə, bu iy uşaqlara qida mənbəyinin yerləşməsi barəsində siqnal verməklə yanaşı, eyni zamanda körpələrin iştahasını stimullaşdırmaq xüsusiyyətinə malikdir.

Körpənin doğuşdan sonra ilk saatlarda anayla təması ana iyinin daha möhkəm və uzunmüddətli yadda qalmasına səbəb olur. Buna səbəb yeni doğulan körpələrin noradrenalin hormonunun yüksək səviyyəsi olduğu zaman öz hissiyatlarından daha yaxşı istifadə etməsi ilə bağlıdır. Bu hal isə onlarda doğulandan bir neçə saat ərzində müşahidə olunur.

Təbii ki, körpələrə müxtəlif iyləri tanımaq üçün təcrübə toplamaq lazımdır. Amma ilk onların tanıdığı və doğma gələn iy ana ilə bağlı olur. Əmizdirmə prosesi isə bu münasibətləri daha da möhkəmlədərək, onlarda həyata alışma və stressin azalmasında böyük rol oynayır.

Bütün qeyd olunanları nəzərə alaraq analara aşağıdakı məsləhətləri vermək olar:

- Ana yeni doğulan körpəsini başqa insanların himayəsinə buraxmamalıdır. Körpə ananın iyini hiss etməyib, narahat ola bilər. Nəticədə yuxu pozuntuları, uzun müddət ağlamalar, hətta döşdən imtina etmə halları yarana bilər. Anaya yardım etmək istəyən insanları (ana, qaynana, bacı və s.) ev işlərinə cəlb etmək olar.

- Ananın ətirlərdən, ətirli qoltuqaltı və sabunlardan istifadəsi məsləhət görülmür. Özgə iylər anadan gələn təbii iyləri poza bilər və uşaqda həyacan və narahatçılığa səbəb ola bilər. Eyni zamanda ətirlər uşaqlarda allergik reaksiyaların, öskürmənin yaranmasına da səbəb ola bilər.

- Körpələrin nəfəs sisteminin kamil şəkildə inkişaf etməməsini nəzərə alaraq, onları müxtəlif kimyavi maddələrdən gələn iylərdən, efir yağlarından, tütün, tüstü və bu kimi iylərdən qoruyun.

- Ananın təbii iyləri qoruması və təmizliyə riayət etməsi üçün duş aldığı zaman dekolte hissəni adi su ilə yuması kifayət edər.

- Ana eyni zamanda geyiminə də diqqət verməlidir. Ətirli paltarın iyi uşağın narahatlığına səbəb ola bilər.

- Ana ilə yanaşı uşağa qulluq edən insaların ətirlərdən istifadə etməməyini xahiş etmək olar.

Şirin ana südü və anadan gələn təbii iylər uşağın rahatlığı və sakitliyi üçün ən gözəl seçimdir.

Müəllif: Gülarə Rüstəmova (Əmizdirmə məsləhətşisi)
//Vib.az

Ailə və Uşaq     Baxılıb: 4400   Tarix: 28 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

turlar.az

kosmetik vasiteler gozel gorunmek geyim dəbləri ilk tibbi yardım uze qulluq maskalari gözəllik və makiyaj neyrosirkulyator distoniya kosmetika cantalar kahfe fali eqreb bir arzum var hakiwda