Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIRVaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq.
Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpənin göbək kordonunu sıxmaq üçün cəmi 60 saniyə gözləmək vaxtından əvvəl doğulmuş körpələrin sağ qalma şansını artırır.
Yeddi ölkədə 25 xəstəxanada aparılan təcrübələr göstərib ki, bu üsul sayəsində körpənin ilk iki il ərzində ölüm və əlillik riskini azaldır.
Avstraliyanın Sidney Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu doğulduqdan iki il sonra qeydə alınan 1600 vaxtından əvvəl doğulmuş körpənin sağlamlıq məlumatlarını təhlil edib.
Tədqiqatçıların fikrincə, kordonu bağlamadan bir dəqiqə gözləmək körpələrin oksigen səviyyəsini yaxşılaşdırıb və infeksiyaları nəzarət altında saxlayıb.
Çünki bu yolla tərkibində qırmızı qan hüceyrələri, immun hüceyrələr və kök hüceyrələr olan plasentadan körpənin bədəninə qan axını daha uzun müddət qorunub.
Bir çox doğuşlarda göbək kordonunun kəsilməsi və körpənin plasentadan ayrılması adi haldır. Bu prosedurda şnur adətən əvvəlcə steril sıxacla sıxılır. Körpənin göbəyinə bağlı kiçik bir hissə bir neçə gün qala bilər.
Əvvəlki araşdırmalar da bu prosesin gecikdirilməsinin körpələrin ilk günlərində sağ qalmasına kömək edə biləcəyinə diqqət çəkmişdi.
"The Lancet Child and Adolescent Health" jurnalında dərc edilən araşdırma bir addım irəli gedərək, iki il ərzində təxminən 10 həftə vaxtından əvvəl doğulan körpələri izləyib.
Tədqiqatda iştirak edən xəstəxana işçilərinin təxminən yarısı körpələrin göbək bağlarını kəsməzdən əvvəl 60 saniyə gözləyib. Digərləri bunu doğumdan sonra 10 saniyə ərzində ediblər. Təqdiqatdan sonra məluma olub ki, sıxacın gecikdirilməsi yeni doğulmuş körpənin erkən uşaqlıq dövründə ölmə və ya ciddi əlilliyə məruz qalma riskini 17 faiz azaldır.
medicalmedia.az 
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 2578   Tarix: 06 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

yemek reseptleri maskalar geyim necə seçməli sevişmə biliye aid atalar sozleri 2026 burcler hamilə qadın kosmetika tapmaca oyunlar sevda səməd vurğun muellim seiri