Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalarUşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.

Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

AzərTac xəbər verir ki, dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, allergiya və bir çox problemlərlə üzləşirlər. Müasir dövrdə uşaqlar üçün hər şey mağazadan alınır və çox vaxt hazır məhsulun materialının təbii olub-olmamasına diqqət yetirilmir.

Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə və toyuq tükündən iri yastıqda yata bilməz. Onların hələ formalaşmamış sümük, onurğa və daxili orqanlarının düzgün yer alması üçün hər bir valideyn övladı doğulandan rahat yataq təşkil etmək qayğısına qalmalıdır. Mütəxəssislərin fikrincə, 3 yaşına kimi körpələr içi təbii materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. 3 yaşından 7 yaşına kimi uşaqlar üçün orta bərklikdə döşək lazımdır, həmçinin uşaq çarpayılarının öz döşəklərində metal detal olmamalıdır. Metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizmi üçün zərərlidir.

Körpələr üçün natural lateks və viskomaterialdan döşəklər uyğundur. Uşaq döşəyi hava almalı, hipoallergen, ortopedik, düzgün ölçüdə, mikrob əleyhinə, keyfiyyətli natural üzlüklə və sərt olmalıdır. Uşağın boyun və başının formasını düzgün alan yastıq da vacibdir. Yeni doğulmuş körpəyə yastıq lazım deyil, onun başının altına bir neçə dəfə qatlanmış bələk qoymaq kifayətdir. Üstünə örtülən material da pambıqdan olmalıdır.

Ailə və Uşaq     Baxılıb: 7703   Tarix: 13 may 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

turlar.az

hamilelikde qidalanma qadın geyimi toy makiyaji sekilleri dərmanlar geyim şəkilləri naina ibrahimova sepgilere qarsi maska kosmetika fitat haxışda novruza aid hakisdalar oxu az qardasa aid haxistalar