KT və MRT. Hansı dəqiqdir?

KT və MRT. Hansı dəqiqdir?Hal hazırda bir çox hallarda ilkin diaqnozu dəqiqləşdirmək məqsədi ilə KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası ) kimi dəqiq və müasir müayinələrdən istifadə olunur.
Bu məqalədə biz bu müayinələrin arasında olan fərqlərdən sizə məlumat vermək istərdik.
Bir çox insanların fikirinə görə, bu müayinələr bir birinə bənzəyir. Lakin bu heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür.
KT zamanı rentgen şüalanma istifadə olunur. Tomoqrafın skaneri insanın bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir. Daha sonra bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və işlənir ki, nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır.
MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Apparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.
Bəzən xəstələr həkimlərə belə sual verir: hansı müayinə daha yaxşıdır, daha dəqiqdir - KT yaxud MRT? Bu suala birmənalı cavab vermək mümkün deyil. Bu metodların hər ikisində müəyyən üstünlüklər və müəyyən nöqsanlar var. Bəzən KT-nın istifadəsi daha effektlidir, bəzən isə yalnız MRT-nın istifadsi dəqiq nəticə verə bilər. Bəzi hallarda isə həkim xəstəyə həm KT həm də MRT təyin edir.
MRT daha yaxşı yumşaq toxumaları "görür" (əzələlər, beyin, onurğa sütunu fəqərələri arası disklər, damarlar və s.). Lakin MRT sümüklərdə olan kalsiumu "görmür". KT isə sümük toxumasını daha yaxşı "görür". Bu səbəbdən sümüklərin müayinəsi üçün adətən KT və ya rentgenoqrafiya istifadə olunur.
MRT orqan və toxumalarda gedən dinamik proseslərin müayinəsində (məsələn, qan dövranı və onun pozulmaları) xüsusilə effektlidir.
MRT neyrocərrahiyyədə və nevrologiyada geniş istifadə olunur (köhnə beyin travmaları, insult (gecikmiş mərhələlərdə), baş beyini və onurğa beyini şişləri və s.).
KT sümük zədələmələri və travmalar zamanı ən effektli müayinə üsuludur. Bundan əlavə KT-da təzə qanaxma aydın görünür ki, bu səbəbdən KT baş, döş qəfəsi və qarın boşluğu travmaları və insult (ən erkən mərhələsində) zamanı istifadə olunur.
Beləliklə, MRT-nın istifadəsi bu kimi pozulmalar zamanı daha effektlidir:
- yumşaq toxumalarda olan şişlər və şişəbənzər törəmələr;
- hipofizin şişləri,
- baş beyini və onurğa beyini qişalarının və toxumalarının patologiyaları və zədələmələri,
- insult (gecikmiş mərhələdə), yayılmış skleroz, beyin toxumasının iltihabı, beyin şişləri;
- əzələlər, oynaqlar və bağların zədələmələri, onurğa sütunun fəqərələri arası disklərin yırtıqları,
- onkoloji prosesin mövcudluğu və onun yayılması.
KT isə bu kimi pozulmalarda daha dəqiq diaqnostik üsul sayılır:
- kəllə sümüklərinin, burun ətrafı boşluqların, çənələrin zədələmələri;
- anevrizmalar və damarların aterosklerotik zədələmələri;
- döş qəfəsi orqanlarının xəstəlikləri (vərəm, pnevmoniya və s.);
- qalxanvari vəzi xəstəlikləri;
- sümük və oynaqların zədələmələri;
- beyin və kəllə sümüklərinin, döş qəfəsinin, qarın boşluğunun travmaları;
- onurğa sütunu xəstəlikləri (osteoporoz, skolioz).
MRT zamanı şüalanma istifadə olunmur. Bu səbəbdən MRT KT-dan fərqli olaraq hətta hamilə qadınlar üçün (hamiləliyin 2-ci və 3-cü üçaylığında) əks göstəriş sayılmır. Lakin bu məsələ tibbdə mübahisəli sayılır. Bir sıra həkimlər bu müayinənin hamiləlik zamanı keçirilməsinin tərəfdarı deyil.
İnsan orqanizmində metal implantantant, elektrokardiostimulyator, metal "spiral", süni oynaq, metal dişlər və s. olduqda bu MRT-ı üçün əks göstərişdir.
MRT daha uzunsürən proseduradır. Belə ki, insan bədəninin hər hansı hissəsi KT vasitəsilə bir neçə dəqiqə ərzində, MRT vasitəsilə isə (eyn hissə) yarım saata qədər vaxt ərzində müayinə olunur.
KT-ı MRT-dan daha ucuzdur.
Beləliklə, KT və MRT müxtəlif müayinələrdir. Bu müayinələri xəstəyə yalnız həkim təyin edə bilər.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2631   Tarix: 08 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

kosmetik vasiteler sac duzumleri geyim seçimi infeksiya körpə gəzintidə gəlinlik və toy dəbi sekis kosmetika kondom novruza aid hakışda maska sanamalar həsən bəy zərdabi